Zəngəzur dəhlizinin açılması İranın istəyinə bağlı deyil
Digər xəbərlər

Zəngəzur dəhlizinin açılması İranın istəyinə bağlı deyil

Türkiyə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə öz mövqeyini nümayiş etdirir. Bununla bağlı jurnalistlərə açıqlama verən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi həm Azərbaycanı, həm Türkiyəni narahat edir. "Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır. Bu problemin ən yaxın zamanda həll olunacağını arzulayıram", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib. O, həmçinin İran İslam Respublikasının bu mövqeyindən təəssüfləndiyini dilə gətirib.

İran isə öz növbəsində Rəcəb Tayyib Ərdoğanın bu ittihamına münasibət bildirib. İranın ali dini lideri Ayətullah Əli Xameneinin sözçüsü Ayətullah Seyid Həsən Amili deyib ki, əslində İran Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasının əleyhinə deyil: "İranın Ermənistan ərazisindən keçməklə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsi yaratmaqla bağlı heç bir problemi yoxdur. İran 20 ilə yaxındır ki, Azərbaycana öz ərazisindən Naxçıvanla əlaqə saxlamaq üçün imkan yaradıb. İndi bu yol Azərbaycan avtomobilləri üçün açıqdır. Əgər Ermənistan öz ərazisi ilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmağa imkan verməsə, biz İran ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən daha yaxşı yol çəkməyə hazırıq. Azərbaycan, Naxçıvan Türkiyəni İran torpaqları birləşdirməlidir. Hər iki marşrutla Türkiyə öz mallarını Orta Asiyaya rahatlıqla daşıya bilər".

''Əslində Zəngəzur dəhlizi ilə bağlı İranın hər hansı formada qeyri-obyektiv münasibət sərgiləməsi, eləcə bu dəhlizi özünün təhlükəsizliyinə təhdid kimi görməsi əsassızdır. Buna görə Rəcəb Tayyib Ərdoğan öz bəyanatında Tehrana mesaj ünvanlayıb, deyib ki, İranın hərbi-siyasi dini rəhbərliyi Cənubi Qafqazda postmünaqişə reallıqlarını qəbul etmək məcburiyyətindədir. İranın regionda hazırkı reallıqlara müqavimət göstərməsi, həmçinin Zəngəzur dəhlizinin açılmasına mane olması Azərbaycan Türkiyə tərəfindən qəbuledilməzdir". Bu fikri açıqlamasında politoloq Bilgehan Öztürk bildirib.

"İran yenə mənasız məntiqsiz açıqlamalar verməyə davam edir. Bu açıqlamaların heç bir doğru tərəfi yoxdur. Nədənsə, 28 il susmağa üstünlük verən İran, bu gün danışmağa başlayıb. Azərbaycan Ermənistan müstəqil bir dövlətdir. Onlar arasında olan danışığın İrana heç bir aidiyyəti yoxdur. Həmçinin Zəngəzur dəhlizi İran-Ermənistan sərhədinə təsir etmir. Dəhlizdə açılacaq dəmiryolu da İranla bağlı deyil".

Politoloq dəhlizin açılmasının İranın iqtisadiyyatına da ciddi təsir göstərəcəyini vurğulayıb: "Ermənistan İranla Azərbaycan arasında olan sərhəddə təxribat törədəndə İran susurdu. Heç bir zaman mövqeyini bildirmirdi. Lakin əməllərindən hansı ölkənin yanında olduğunu görürdük. Hazırda dediklərinin heç bir mənası yoxdur. İrana Zəngəzur dəhlizindən istifadə üçün qadağa qoyan yoxdur. Lakin o indi həyəcana düşüb. "İran torpaqları vasitəsilə bu işi görək" deməsi olduqca gülüncdür. İran istəyir ki, bölgədəki proseslər çətinləşsin, xaos olsun. Çünki regionda sülh istəmir. İran istəsə , istəməsə Zəngəzur dəhlizi açılacaq".

B.Öztürkün sözlərinə görə, İran Cənubi Qafqazda Türkiyə ilə rəqabətə girmək iqtidarında deyil: "Türkiyə nəinki Cənubi Qafqazda, hətta Yaxın Şərqdə belə İranla rəqabətə girmək potensialına malikdir. Eyni zamanda, Yaxın Şərqdə, xüsusilə Suriya İraqda baş verən proseslər onu göstərir ki, Türkiyə bu məsələlərdə İranı yerinə otuzdurmağı bacarıb. İranın Türkiyə ilə güclü rəqabətə girməsi üçün iqtisadi, hərbi potensialı var''.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "TRT Haber" telekanalına müsahibəsində "Yaxın vaxtlarda Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinin açılması baş verəcək", - deyə bildirmişdi: "Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycanı birləşdirəcək. Bu dəhlizin açılması istiqamətində işlər sürətlə gedir başa çatmaq üzrədir". Səfirin sözlərinə görə, Zəngəzur bölgəsindən keçən nəqliyyat dəhlizi Türkiyə ilə Azərbaycan arasındakı məsafəni 38 kilometrə qədər azaldacaq. Diplomat qeyd edib ki, bu, Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün vacibdir.

Zəngəzur dəhlizi 9 noyabr 2020-ci ildə üç ölkə - Azərbaycan, Rusiya Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın bir bəndi ilə bağlıdır. Maneəsiz keçidin təmin olunacağı bu dəhlizdən həm Azərbaycan Ermənistan, həm Türkiyə, Avropa, Rusiya İranın faydalanacağı gözlənilir. Burada iqtisadi maraqlar daha çox üstünlük təşkil edir. Zəngəzur dəhlizi ilə Rusiya Yaxın Şərqə Avropaya, Ermənistan Rusiya İrana, o cümlədən Avropaya, İran isə bu marşrutla Avropaya, Rusiyaya çıxış əldə etmiş olacaq. Bu marşrutun əsas müəllifləri Azərbaycanla Türkiyə isə Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan dəhlizin səmərəliliyinin daha yüksək olduğunu qəbul edir. Məsələ regionda sabitliyin bərqərar olmasıdır. Azərbaycan iqtisadi inkişafa, beynəlxalq əlaqələrə, sülh sabitliyə nail olmaq üçün bütün imkanlardan istifadə edir. Təəssüf ki, bu missiyaya qarşı çıxan tərəflər çoxdur.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.