İranın məkrli insanoğurluğu planları
Digər xəbərlər

İranın məkrli insanoğurluğu planları

İran mediası Tehranda Azərbaycan vətəndaşı Fərid Səfərlinin həbsini uğurlu əməliyyat kimi qələmə verir, onun ölkənin əks-kəşfiyyatı tərəfindən saxlanıldığını iddia edir. SEPAH-ın tabeliyində olan "Telegram" kanalları da hadisəni İranın nailiyyəti kimi gündəmdə saxlayır.

Ardıcıl paylaşılan xəbərlərin ümumi məğzi bundan ibarətdir ki, Fərid tələbə adı altında İrana casusluq etmək məqsədilə gəlib. Rejim isə Azərbaycanın agentini ələ keçirməyə nail olub. Amma müəmmalı məqamların çox olduğundan rejimin bu məsələdəki əminliyi hadisənin ssenari əsasında qurulduğunu ifşa edir. Belə ki, yayılan ilkin məlumatda deyilir ki, Fərid Səfərlinin İstanbulda görüşəcəyi iranlı qız Türkiyəyə getmək üçün viza ala bilməyib. Bu səbəbdən onunla Tehranda görüşməyi təklif edib. Amma bu, yalan iddiadır. Çünki İran vətəndaşları 90 günlük turist səfərləri üçün Türkiyə vizasından azaddırlar. Üstəlik, hərbi xüsusi xidmət orqanları ilə əlaqəsi olmayan tələbənin Almaniyadan İrana gedib qısa müddət ərzində hansısa gizli məlumatları toplaması real görünmür. Bütün bunlara baxmayaraq, Fəridin casus kimi təqdim olunması gənc tələbənin siyasi səbəblərdən tutulması ehtimalının yüksək olduğuna işarə edir.

İranda azərbaycanlı tələbənin casusluq ittihamı ilə həbs olunması prinsip etibarilə ilk hal deyil. Analoji hadisə 2008-ci ilin oktyabrında da baş vermişdi, azərbaycanlı alim Rəşid Əliyev həbsə atılmışdı. Fars-molla rejiminin şərləyərək həbs elədikləri sırasında şair Şəhriyar Del Geraninin adı var. O, 2012-ci ildə dostu ilə birgə İrana səfəri zamanı tutulmuşdu. Rejim tərəfindən müxtəlif dövrlərdə Belçika, Amerika, İngiltərə, Niderland İsveçə qarşı da bu metod tətbiq edilib. Yəni tez-tez başqa ölkələrin casuslarının ölkədə olduğunu iddia edən Tehran üçün bu, ənənəvi dövlət siyasətidir. Bəzi qurumlar hökumətin sifarişi əsasında orada səfərdə olan əcnəbi vətəndaşları tutaraq onları girov kimi saxlayır ki, qarşılığında özlərinin əsl casuslarını geri qaytara bilsinlər. Düşünsək ki, son zamanlar Azərbaycan xüsusi xidmət orqanlarının da İran agenturasına qarşı apardığı əməliyyatlar nəticəsində bir çox casus həbs edilib, onda İranın öz agentlərini geri almaq üçün azərbaycanlıları həbs etməyə başlaması təəccüblü görünmür.

Siyasi şərhçilər bildirirlər ki, rejimin rəhbərləri hər kəsi casusluqla ittiham edə bilərlər. İran bundan elə məharətlə istifadə edir ki, sonda turistlə terrorçunu dəyişməyə müvəffəq olur. Tarixə nəzər salsaq görərik ki, İran Avropa ölkələrinin birində bomba yerləşdirmək üçün göndərdiyi Əsadulla Əsədi günahsız avropalı turistlə dəyişməyi bacaran ölkədir. Ötən il isə İsrail əleyhinə Tailanda bomba yerləşdirən bir iranlını avstriyalı araşdırmaçı ilə dəyişdirdilər. Belə misallar çoxdur. Yekunda gəldiyimiz qənaət isə dəyişməzdir. İran digər ölkələrin öz vətəndaşlarına dəyər verməsindən sui-istifadə edir. Fəridin tutulması da bu məqsədə xidmət edir. Ola bilsin, rejim Azərbaycanda İrana casusluq edən lazımlı adamını azad etmək istəyir bunun üçün günahsız tələbəni hədəf seçib.

Doğrudur, İranla Azərbaycan arasında məhkumların dəyişdirilməsi ilə bağlı müəyyən razılaşma var barəsində hökm çıxan iranlıların ölkələrinə göndərilməsi üzrə addımlar atılıb. Amma faktiki olaraq Fərid Səfərli İranda oğurlanıb onun rejimə xidmət edən casuslarla dəyişdirilməsindən söhbət gedə bilməz. Üstəlik, hələ Azərbaycan vətəndaşı barəsində məhkəmə hökmü yoxdur. Bu da o deməkdir ki, soydaşımızın rejim tərəfindən iranlılarla dəyişdirilməsi təklifi beynəlxalq hüquqa ziddir.

Amma onu da nəzərə almaq lazımdır ki, İran indiyə qədər yalan ittihamlarla çoxlarını edam edib. Sənədlər ortaya çıxanda isə müəyyənləşib ki, edam olunan şəxslərin heç bir günahı olmayıb.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərlinin taleyi ilə bağlı İranın Azərbaycandakı səfirliyinə iki dəfə nota verib. Nazirlik bu hadisənin fonunda yanvar ayının sonunda Azərbaycan vətəndaşlarına İrana səyahətlə bağlı edilən xəbərdarlığı bir daha təkrarlayıb. Azərbaycan XİN-in bu çağırışına İran dərhal reaksiya verib. İran XİN-in rəsmisi Nasir Kənani tviter səhifəsində yazıb ki, bizim siyasətimiz vizaları ləğv etmək azərbaycanlı qardaş bacılara qucaq açmaqdır.

Amma bu danılmaz faktdır ki, İran heç vaxt azərbaycanlıları dost gözündə görməyib. Məlumdur ki, ana dilində oxumaq-yazmaq hüququ, danışmaq azadlığı olmayan Güney azərbaycanlıların məskunlaşdığı ərazilər İranın ən baxımsız, ən kasıb bölgələridir. Rejim məqsədli şəkildə azərbaycanlıların təhsilsiz təzyiq altında yaşaması üçün çalışır, onları assimilyasiya edir milli dəyərlərindən uzaqlaşdırır.

İranın əsl "bacı qardaşı"nın kim olduğu isə hər kəsə məlumdur. Özlərinin etiraf etdiyi kimi, Tehran İrəvan "bacılaşmış" şəhərlərdir.

Jalə QASIMZADƏ,

"Respublika".