İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycana işgüzar səfəri başa çatıb
Digər xəbərlər

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycana işgüzar səfəri başa çatıb

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycana işgüzar səfərə gəlib. Səfər həmin gün başa çatıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, digər rəsmi şəxslər qarşılayıb və yola salıblar.