“Yerin təki haqqında” yeni qanun layihəsinin müzakirəsi ilə bağlı görüş
Digər xəbərlər

“Yerin təki haqqında” yeni qanun layihəsinin müzakirəsi ilə bağlı görüş

Qanun layihəsi yerin təkinin öyrənilməsi, onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyinin təmin edilməsi, dövlətin, yerin təki istifadəçilərinin mənafelərinin qorunması ilə bağlı münasibətləri tənzimləyir.  

Dövlət Mineral Xammal Ehtiyatlarının İstifadə Agentliyindən verilən məlumatda bildirilir ki, layihədə təsbit edilən yeni institutların və mexanizmlərin bu sahədə fəaliyyət göstərən yer təki istifadəçilərinə mümkün təsiri və sahibkarların bununla bağlı təkliflərinin dinlənilməsi məqsədilə Nazirlikdə bir sıra yer təki istifadəçilərinin, Ədliyyə Nazirliyinin və KOBİA nümayəndəsinin iştirakı ilə görüş keçirilib, sahibkarların yerin təkinin istifadəsi ilə bağlı çətinlikləri, həmçinin rəy və təklifləri dinlənilib, müvafiq qeydlər aparılıb.

“Respublika”.