Yaralı vətən oğulları ziyarət olunub
Digər xəbərlər

Yaralı vətən oğulları ziyarət olunub

Bu ilin 19 sentyabr tarixində Qarabağda baş verən antiterror əməliyyatı zamanı yaralanan qəhrəman vətən oğulları evlərində ziyarət edilib.

İsmayıllı Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov Hacıhətəmli kəndində Elcan Nağıyev və Qalıncaq kəndində Zamin Həsrətovla görüşərək vəziyyətləri, qayğı və problemləri ilə yaxından maraqlanıb, tezliklə sağalıb aktiv həyata dönmələrini arzu edərək, sağalmaları üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.

İgidlərimizin hər ikisi Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

M.QULUYEV,

"Respublika".