Uzunmüddətli sülh və davamlı inkişaf vəd edən sənəd
Türk dünyası

Uzunmüddətli sülh və davamlı inkişaf vəd edən sənəd

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" "Bir millət, iki dövlət" ifadələri xalqlarımızın birliyini milli-mənəvi dəyərlər müstəvisində təmin edir. İki dost, qardaş ölkə arasında strateji cəhətdən inkişaf edən münasibətlər siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinə şərait yaradır.

Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin Azərbaycana siyasi ən önəmlisi mənəvi dəstəyi əvəzolunmazdır.

Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanı ədalətli mübarizəsində dəstəkləmiş, ona siyasi diplomatik dəstək göstərmişdir. Əslində, dünya mətbuatında adıçəkilən məsələ ilə bağlı çox qısa bir müddət ərzində böyük sayda analitik yazıların ortaya çıxması, siyasi debatların keçirilməsi təhlillərin aparılması bir tərəfdən Azərbaycan-Türkiyə dostluq münasibətlərinin analoqu olmayan bir əməkdaşlıq ənənəsindən xəbər verirsə, digər tərəfdən bu münasibətlərin yüksələn xətlə artmasının bəzi böyük gücləri çox ciddi narahat etdiyinin göstəricisidir. Dil, din tarixi eyniliklərə malik olan iki ölkənin həm hərbi-siyasi əməkdaşlığı, iqtisadi əlaqələri diplomatik gücü təkcə Cənubi Qafqaz bölgəsində deyil, böyük bir Avrasiya coğrafiyasında Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsi deməkdir.

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlayan Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8- işğala məruz qalıb. İşğal dövründə şəhərdəki yüzlərlə tarix mədəniyyət abidəsi vandalizm aktları nəticəsində dağıdılıb. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8- işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olundu.

2021-ci il iyunun 15-i isə Azərbaycan tarixində daha bir əlamətdar gün kimi yadda qaldı. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Milli Qurtuluş Günü - 15 iyun tarixinə Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100- ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün əhəmiyyəti göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır. Şuşa Bəyannaməsi regionda yeni geosiyasi geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Bu sənəd hər iki ölkə arasındakı birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı Bəyannamənin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev sənədin adındakı "müttəfiqlik" ifadəsinə diqqət çəkdi. Beynəlxalq münasibətlərdə müttəfiqlik, müharibə vəziyyətində iki ya daha çox dövlət arasında imzalanan rəsmi müdafiə müqaviləsidir. Digər tərəfdən, imzalanan ortaq bəyannamə sayəsində iqtisadi əməkdaşlıq artacaq Azərbaycanda birgə istehsal müəssisəsi yaradılacaqdır. Müdafiə sənayesi texnologiyaları sahəsində qurulması planlaşdırılan bu sənaye müəssisəsi ilə ölkəmiz hərbi texnologiya idxal edən bir dövlətdən istehsal mərkəzinə çevriləcəkdir. Bundan əlavə, iki dost ölkə arasında hərbi təlimlər artacaq.

Təbii ki, Qars müqaviləsində olduğu kimi, Şuşa Bəyannaməsi Ermənistanın ciddi narahatlığına səbəb olub. Tarixə nəzər yetirsək, görərik ki, Ermənistanın hələ yüz il əvvəl imzalanan Qars müqaviləsi ilə bağlı böyük narazılıqları olub. Çünki bu müqavilə ermənilərin yeni ərazi iddialarının qarşısına keçilməz bir sədd çəkirdi. Məhz bu baxımdan, Şuşa Bəyannaməsinin Qars müqaviləsinə istinad etməsi heç təsadüfi deyil.

Bu sənədin tarixi-strateji əhəmiyyətindən biri odur ki, burada ilk dəfə "Zəngəzur dəhlizi" ifadəsi işlədilir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məsələyə xüsusi diqqət çəkdi. Bildirdi ki, bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir.

Şuşa Bəyannaməsi həm regionun iqtisadi inkişafına xidmət edəcək. Çünki sənədə əsasən, ticari-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Həmçinin Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına daha da inkişaf edirilməsinə yönəldilmiş səylər əlaqələndirilmiş şəkildə davam etdiriləcək. İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişaf etdirilməsi, Azərbaycan Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı təşviq ediləcək.

Şuşa Bəyannaməsi öz əhəmiyyətinə görə region ölkələrinin, o cümlədən Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsinə birliyinin genişlənməsinə xidmət edəcəkBeləliklə, Şuşada imzalanan Azərbaycan-Türkiyə strateji müttəfiqliyini, əməkdaşlığın bütün sahələrini özündə ehtiva edən Bəyannamə təkcə iki qardaş ölkənin əlaqələrini yeni fazaya keçirmir, həm region üçün uzunmüddətli sülh davamlı inkişafa yönəlmiş gələcək vəd edir.

Röya RÜSTƏMLİ,

"Respublika".