Tarixə yazılan gün
Türk dünyası

Tarixə yazılan gün

Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

 

Müdrik Türkiyə xalqı 28 mayda yüksəliş dövrünün davamına səs verdi

2023- il may ayının 28- dünya durduqca tarixin səhifəsindən silinməyəcək coşqu iftixar dolu unudulmaz gün yaşadıq. Əmin idik, gözləyirdik bu qürurlu möhtəşəm uğura, sevincə, şərəfə nail olduq. Qardaş ölkə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyənin siyasi tarixində ilk dəfə baş tutan ikinci tur prezident seçkilərində topladığı səs çoxluğu ilə qalib gəldi. Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsi Türkiyə Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsində bayram edildi. 28 may seçkilərində xalqın səsini qazanan Rəcəb Tayyib Ərdoğan ölkənin 13- prezidenti olaraq fəaliyyətini davam etdirəcək. Təbriklər Türkiyə, sevinciniz sevincimizdir.

"Bu gün həm vətəndaşlarımızın, həm gələcəyini bizimlə görən dost qardaşlarımızın zəfər minnət dualarının yerinə yetdiyi gündür. Seçki qutuları bağlandı telefon zəngləri axmağa başladı. Körfəzdən İngiltərəyə, Rusiyaya qədər hamı təbriklərini çatdırdı. Son 10 ildə Türkiyəyə qurulan bütün tələlər, oynanan bütün oyunlar bu günün qarşısını almaq üçün idi. Qarşımızda kimin dayandığını gördünüz. Onlar uğursuz oldular. Türk millətinin zəifliyini tapmağa çalışanlar yenə uduzacaqlar. Hətta son seçkilərdə gördüklərimiz millətimizin şərəfli mövqeyini göstərdi. qədər ki, bizimlə millətimiz arasında sevgi körpüsü bu qədər möhkəmdir, öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur". Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "balkon çıxışı" zamanı deyib.

Türkiyənin lideri xalqa müraciətində qeyd edib ki, prezident seçkilərinin ikinci turunu millətimizin xeyrinə başa vurduq. İki bayram arasında bizə demokratiya günü bəxş etdiyi üçün millətimə minnətdarlığımı bildirirəm. Türk xalqı 28 mayda tarix yazdı. Həm 14 may seçkilərinin, həm 28 may seçkilərinin qalibi 85 milyonluq vətəndaşımızın hamısıdır. Biz dedik ki, elə bir zəfər qazanacağıq ki, heç kim itirməyəcək. Bu gün Türkiyə əsrinin qapısı açılıb. "Türkiyə əsri"ni bərabər inşa etməyə davam edirik. Qəlbi gözü bizdə olan dostlarımızın ümidlərini birlikdə doğrultduq. Seçkilərin nəticələri Türkiyənin cəmiyyət üçün kursunu dəyişməyəcəyini, daha müstəqil bölgədə daha təsiredici gücə sahib olan bir dövlət kimi mövcudluğunu davam etdirəcəyini göstərdi. Heç kim bu ölkənin qazanclarına göz dikə bilməz. Türkiyə milli iradəni sərbəst azad şəkildə ifadə etməyin, qorumağın nümunəsini yaratdı.

Seçkilərin nəticələri sübuta yetirdi ki, Türkiyə vətəndaşları regionda dünyada baş verənlərin fərqindədirlər. Çox yaxşı başa düşürlər ki, bir zamanlar gücü ədaləti ilə dünyaya hökm edən Osmanlı dövlətini gücdən salanlar bu gün qlobal gücə çevrilməkdə olan, milli maraqlarını sonunadək müdafiə etməyi bacaran, təhdidlərdən çəkinməyən, hədələrdən qorxmayan, hiyləgər oyunlara boyun əyməyən Türkiyəni yolundan sapdırmaq niyyəti güdürlər. Qərb dünyası açıq formada Ərdoğanın əleyhinə kampaniya apararaq Türkiyənin artan güc imkanları qarşısında birdəfəlik sədd çəkmək istəyirdi. Lakin müdrik Türk xalqı Ərdoğana dəstək verməklə Türkiyənin müstəqilliyinə, suverenliyi ərazi bütövlüyünə, bölgənin təhlükəsizliyinə səs verib potensial milli qarşıdurma vətəndaş müharibəsi təhdidini aradan qaldırdı. 21 illik bir zaman kəsiyində hakimiyyətdə olan Rəcəb Tayyib Ərdoğanın bütövlükdə Cümhur İttifaqının, dünyanın dörd bir tərəfindən axın edən çirkaba, yalan böhtan kampaniyalarına, əsassız iddia ittihamlara rəğmən yenidən Türkiyə cəmiyyətinin etimadını qazanması çox böyük uğurdur. Seçkilərin Türkiyənin 100 illiyində keçirilməsi xüsusi anlam daşıyırdı. Səsvermənin nəticələri qardaş ölkənin vətəndaşlarının güclü müstəqil Türkiyəyə, Türk dünyasının gələcəyinə olan inamını əks etdirir. Bu mənada Ərdoğanın qələbəsi tarixi qələbə, qüdrətli Türkiyənin yüksəliş dövrünün davamıdır. Türkiyə xalqı Ərdoğanı seçməklə öz dövlətinin gələcəyinə, qüdrətinə səs verdi.

Azərbaycan arxasında Türkiyə kimi bir qardaş ölkənin olmasına, türk birliyinin düşüncədən reallığa çevrilməsinə sevinir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada regionda sülhün sabitliyin bərqərar olması, haqqın ədalətin müdafiəsi naminə ardıcıl qətiyyətli mövqeyi ilə Türkiyə beynəlxalq müstəvidə yüksək nüfuz hörmət qazanmışdır. Bütün bunların təməlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 21 illik yorulmaz əməyi, müdrik rəhbərliyi sayəsində dövlət siyasətinə xalqın böyük etimadı dəstəyi dayanır. Qüdrətli Türkiyə Respublikasının hər bir uğurunu öz uğurumuz hesab edir, bundan hədsiz qürur duyuruq. İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da möhkəmlənib. Ölkəmizdə Azərbaycan Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir bu, zəmanəmizin tələbidir.

Rəcəb Tayyib Ərdoğan xüsusi vurğulayıb ki, qardaş ölkə prezidentləri sevincimizi bizimlə bölüşürlər. Azərbaycan Prezidenti qardaşım İlham Əliyev Türkiyə xalqını təbrik edib. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin olduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

Pezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın apardığı düzgün siyasət nəticəsində Azərbaycanla Türkiyə arasında dostluq qardaşlıq münasibətləri möhkəmlənib dünyada bənzəri olmayan modelə çevrilib.

Türkiyə mətbuatı Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı ilk təbrik etməsini geniş işıqlandırdı. Rəcəb Tayyib Ərdoğan seçkilərdə qələbəsindən sonra xalq qarşısında çıxışı zamanı da bu məsələyə xüsusi önəm verdi cənab Prezident İlham Əliyevin ilk təbrik etməsini bütün Türkiyənin diqqətinə çatdırdı. Bu proseslər Azərbaycan-Türkiyə qardaşlığının dostluğunun sarsılmaz olduğunu göstərməklə yanaşı, bundan sonra daha da möhkəmlənəcəyini ehtiva edir. Azərbaycanda Rəcəb Tayyib Ərdoğana çox böyük hörmət, məhəbbət vardır bunu hər bir insan görür. Azərbaycan xalqının mütləq əksəriyyəti Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsini istəyirdi. Azərbaycan xalqının Türkiyədə keçirilən seçkilərdə hüquqi baxımdan iştirak etmək imkanı olsaydı, xalqımız yekdilliklə cənab Ərdoğana səs verərdi. Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbəsi iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsində yeni bir dövrün başlanğıcıdır.

Türkiyə ilə Azərbaycan arasında tarixi dostluq qardaşlıq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün daim Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən çoxşaxəli tədbirlər həyata keçirilir. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri Türkiyə Azərbaycan arasında münasibətləri tamamilə yeni müstəviyə çıxardı. İki ölkə arasında imzalanan Şuşa Bəyannaməsi qardaş ölkələr arasında yeni dövrün əsasını qoydu. Bu Bəyannamə bütün sahələrdə münasibətlərin inkişafı üçün geniş imkanlar açır. Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə bağlı xalqa müraciətində "Azərbaycan qazandı, Qarabağ qazandı" söyləməsi, Azərbaycan Prezidenti İlham Əliyev qardaşım mənə zəng edərək, Türkiyəyə gəlib qələbimizi qeyd etməyə hər an hazır olduğunu bildirməsi qardaşlıq münasibətlərinin bundan sonra daha da yüksələcəyinin anonsu oldu. Bu mənada, 28 may seçkilərində qələbə həm ən yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin qızıl dövrünün yeni mərhələsinin başlamasıdır.

Mustafa KAMAL,

"Respublika".