Ümummilli lider tolerantlıq siyasəti ilə ölkəmizin demokratik inkişafının əsasını qoydu
Siyasət

Ümummilli lider tolerantlıq siyasəti ilə ölkəmizin demokratik inkişafının əsasını qoydu

Tolerantlıq: Yüksək mədəniyyətin təzahürü

Azərbaycanda minilliklər boyu müxtəlif etnik qruplar yaşayıblar. Bu fakt tolerantlıq keyfiyyətinin xalqımızın tarixindən irəli gəldiyini göstərir. Bu mənada ölkəmiz həqiqətən dözümlülük mədəniyyətinin formalaşdığı tolerantlığın beşiyidir. Şübhəsiz, minillər öncə formalaşmış ənənələr zaman keçdikcə yeni xüsusiyyətlər kəsb edib bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilib. Bu prosesdə adı tarixə qızıl hərflərlə həkk olunmuş ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Hələ ötən əsrin 70-80-ci illərində ulu öndər ölkəmizdə yaşayan bütün xalqları Azərbaycanın mənəvi bayrağı altında birləşdirməyə nail olmuşdu.

Xalqın təkidli xahişi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan müstəqillik yolunda daha inamla inkişaf etməyə başladı. Ümummilli liderin geniş fəaliyyəti sayəsində, ilk növbədə ölkəmizdə sabitlik yarandı, siyasi, iqtisadi, sosial, hüquqi islahatlar həyata keçirildi. Eyni zamanda milli-mənəvi dəyərlərə qayıdışın yeni dövrü başlandı. Bununla yanaşı, müxtəlif fikir, inam, əqidə dünyagörüşlərə qarşı insanın mədəniyyət səviyyəsinin ölçüsü kimi xarakterizə olunan, bəşəri ideyalara əsaslanan tolerantlıq Azərbaycan dövlətinin quruculuğu konsepsiyasının təməl prinsiplərindən biri kimi azərbaycançılıq ideologiyası kontekstində nəzərdən keçirildi. Çünki ulu öndər tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi.

Ulu öndər Azərbaycanın bu ictimai-siyasi mənzərəsi ilə fəxr edərdi

Heydər Əliyev 1998-ci ilin may ayında Prezident Sarayında ölkənin din xadimləri ilə görüşündə söylədiyi nitqində ölkəmizdəki tolerantlığı belə şərh etmişdir: "Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır. Bu, əslində, Azərbaycanın reallığını, eyni zamanda, Azərbaycan xalqının dini dözümlülüyünü göstərir. Azərbaycanda əhalinin əksəriyyətini İslam dininə etiqad edən azərbaycanlılar təşkil edir. Ancaq, eyni zamanda, Azərbaycanda xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar, müxtəlif millətlərin nümayəndələri yaşayırlar".

Ümummilli lider Heydər Əliyev tolerantlığın, birgəyaşayış mədəniyyətinin xalqımız üçün xarakterik xüsusiyyət olduğunu göstərirdi Azərbaycanı mədəniyyətindən, dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırırdı: "Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə ən birinci sərvəti burada uzun əsrlər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir". Bu mənada ulu öndər tolerantlığı ölkəmizin səciyyəvi cəhəti kimi dəyərləndirir Azərbaycanın bu ictimai-siyasi mənzərəsi ilə fəxr etdiyini vurğulayırdı.

Ölkəmizin vətəndaşlarının dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malik olduqlarını onların hüquqlarının dövlətimiz tərəfindən qorunduğunu bu ya digər tədbirlərdə dəfələrlə qeyd edən ulu öndər bu prinsiplərə həmişə sadiq qalırdı. Bunu "Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür", - deyən ümummilli liderin əməli fəaliyyətində görmək olurdu. Məsələn, dözümlülük tolerantlıq münasibətini həmişə diqqət mərkəzində saxlayan dünya səviyyəli tarixi şəxsiyyətimiz ölkəmizdə yaşayan qeyri-İslam dini icmalarına qarşı həmişə hörmət ehtiram göstərər, dini bayramlarını təbrik edər, adət-ənənələrinə qayğı ilə yanaşar, onların ibadətgahlarına fərq qoymadan baş çəkər, müxtəlif dinlərin xalqların nümayəndələri ilə mütəmadi görüşərdi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin tolerantlığa verdiyi önəmin daha bariz nümunələri idi. Buna aid bir misal da göstərmək istərdim. 2003- il aprelin 26-da xristianların Müqəddəs Pasxa bayramı münasibətilə ünvanladığı təbrikdə Heydər Əliyev yazırdı: "Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bu dini mərasimin pravoslav vətəndaşlarımız tərəfindən geniş şəkildə qeyd edilməsi ölkəmizdə dilindən, dinindən etnik mənsubiyyətindən asılı olmayaraq, uzun əsrlər boyu bir yerdə yaşayan xalqlar arasındakı dini dözümlülüyün parlaq təzahürüdür. Ölkəmizin pravoslav xristianlarının hazırda Pasxa bayramını təntənə ilə qeyd etmələri Azərbaycan Respublikasında bu gün hökm sürən tolerantlıqdan konfessiyaların azad fəaliyyəti üçün yaradılmış imkanlardan bəhrələnməyin gözəl ifadəsi sayıla bilər".

Ulu öndər tolerantlığın incəliklərini diqqət mərkəzində saxlayırdı

Ulu öndər Heydər Əliyev nəinki pravoslav xristianlarına qarşı diqqətli olmuş, o, katoliklərin, eyni zamanda başqa din nümayəndələrinin problemləri ilə həmişə maraqlanmış onlara da qayğıkeş münasibət göstərmişdir. Ulu öndər, həmçinin digər xalqların kədərini əsas etnosla yanaşı 20-dən çox milli azlıq yaşadığı Azərbaycanın kədəri kimi qəbul edərdi. Bunu ulu öndərin 3 may 1997-ci ildə Azərbaycandakı yəhudi icmasına müraciətindən aydın görmək olar: "Əziz həmvətənlər! Hər il mütərəqqi bəşəriyyət Yəhudi Xalqının Müsibəti Gününü - İkinci Dünya müharibəsi zamanı soyqırımı siyasətinə məruz qalmış günahsız qurbanların xatirəsini dərin hüznlə yad edir. Həmin dəhşətli müharibədə yəhudi millətinə mənsub altı milyon mülki əhali alman faşizmi tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdir. Belə milli faciələr Azərbaycan xalqının həyatından da yan keçməmişdir. Beş il əvvəl xalqımızın tarixinə qanlı səhifə kimi daxil olmuş Xocalı soyqırımı ağlasığmaz erməni vəhşiliklərinin miqyasına görə Kiyevdəki Babiy Yar, Varşava Krakov gettolarında faşistlərin törətdikləri kütləvi insan qırğınları ilə bir sırada durur. Yəhudilərin milli hüzn günündə Azərbaycan xalqı adından böyük kədərinizə şərik olduğumu bildirir, soyqırımı siyasətinin bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm". Bəli, bütün bunlar bir daha sübut edir ki, ulu öndərin həyata keçirdiyi siyasətin bütün məqamlarında tolerantlığın adi incəlikləri belə diqqət mərkəzində saxlanılıb.

Ulu öndər həyata keçirdiyi tolerantlıq siyasəti ilə respublikamızda yaşayan etnik dini icmalar arasında dostluğun qardaşlığın daha da möhkəmlənməsinə nail oldu. Daha doğrusu, ölkəmizdə tolerantlıq modelini tam formalaşdırdı. Yeri gəlmişkən, hazırda da bu model bir sıra ölkələr tərəfindən öyrənilməkdədir. Şübhəsiz, Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada keçirilən millətlər dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar da bu prosesdə önəmli rol oynayır.

Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyevin Azərbaycanda tolerantlıq dəyərlərinin inkişafındakı rolunu dünya dini liderləri həmişə etiraf ediblər. Belə ki, Ümumgürcüstan Katolikos Patriarxı II İlya: "Bu gün Azərbaycanda mövcud olan tolerant mühitin formalaşmasında Heydər Əlirza oğlu Əliyevin xidməti böyükdür", İslam Konfransı Təşkilatının İslam Tarixi, Mədəniyyəti İncəsənəti Araşdırmalar Mərkəzinin rəhbəri Xalid Erən: "Möhtərəm Heydər Əliyevin çoxdinli, çoxmədəniyyətli bir dünyada xüsusilə din mədəniyyət sahəsindəki əlaqələrin genişlənməsinə zərurətin olacağını əvvəlcədən sezərək aydınlatdığı üfüqlər bu gün eyni genişlikdə qarşımızda açılır", Türkiyə Respublikasının Azərbaycandakı keçmiş səfiri H.A.Karslıoğlu: "Heydər Əliyev müsəlman idi, ancaq bütün insanlara istər xristianlığa, istər yəhudiliyə, istərsə digər dinlərə hörmətlə yanaşmışdır" deməklə ulu öndərin layiq olduğu qiyməti veriblər.

Ulu öndər bu siyasəti ilə etnik dini icmalar arasında dostluq qardaşlığın möhkəmlənməsinə yeni töhfələr verdi. Ölkəmizdə müxtəlif millətlərə, dinlərə məxsus vətəndaşlar üçün hər cür şərait yaratdı. Onların dini ocaqlarının normal fəaliyyət göstərməsi üçün çalışdı. Bu gün ölkəmizdə yaşayan müxtəlif millətlərin, azsaylı xalqların müqəddəs saydıqları ocaqlarda dini ayinlərini sərbəst şəkildə yerinə yetirmələri, öz ana dillərində təhsil almaları məhz ulu öndərin xidmətləridir. Azərbaycanda tolerantlığın xarüqələrinə şübhə edənlər buyurub dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı qəsəbəyə (Quba) gəlsinlər. Onda onlar Azərbaycanda yaşayan dağ yəhudilərinin necə qayğı ilə əhatə olunduqlarını öz gözləri ilə görə bilərlər.

Burada bir məqama da toxunmaq istərdim. İndi bu ya digər millətə məxsus din xadimlərini azərbaycanlıların, azərbaycanlı din xadimlərini onların tədbirlərində, o cümlədən yas mərasimlərində iştirak edirlər. Halbuki dünyanın heç bir yerində belə bir mənzərə ilə qarşılaşmaq mümkün deyil. Bu, yalnız Azərbaycana xas bir mədəniyyətdir. Şübhəsiz, belə bir atmosferi yaradan bizim ulu öndərimiz olub. Ümummilli lider Heydər Əliyev xalqımızın bu nəcib xüsusiyyətinin İslam dinindən qaynaqlandığını çox gözəl ifadə edərək demişdir: "... Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə tolerantlıq var".

"Dəmir yumruq" ətrafında birləşən tolerantlıq

Bu tolerantlıq ən dar günümüzdə imdadımıza çatıb. Belə ki, istər Birinci Qarabağ müharibəsində, istərsə Vətən müharibəsində ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, yəhudisi , ləzgisi , talışı da, avarı da, rusu da, kürdü , molokanı da, türkü bir çağırışla "Dəmir yumruq" kimi birləşərək erməni qəsbkarlığına qarşı vuruşdular. Bu mənada cəsarətlə demək olar ki, tolerantlığımız dədə-baba yurdumuz Qarabağın azadlığına uzanan parlaq yolda daha da bərkidi. Təkcə bir nümunə çəkək ki, Birinci Qarabağ savaşında tankı ilə düşmənə qan udduran qəhrəmanlıqla şəhadətə ucalan yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunovun, eləcə Milli Qəhrəman Yuri Kovalyovun şücaətləri haqqında bu gün hər kəs qürurla danışır. İkinci Qarabağ müharibəsində qazi olmuş medallarla təltif edilmiş Vladislav Karçaşkin Denis Quzlayevin nümunələri dünyaya bəllidir.

Bu mənada demək istərdim ki, İkinci Qarabağ müharibəsində parlaq Zəfər çələnginin hörülməsində bütün millətlərin nümayəndələrinin payı vardır. Bu mənada 44 gün davam edən İkinci Qarabağ müharibəsi həm tolerantlığımızın təntənəsi kimi tarixə qızıl hərflərlə həkk olundu. Ona görə bu Zəfərimiz həm ulu öndərin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı, "Bugünkü Azərbaycanı dini dözümlülük, tolerantlıq mühiti səciyyələndirir", - deyən Prezident İlham Əliyev tolerantlığı yüksək dəyərləndirir bu istiqamətdə mükəmməl addımlar atmaqla ona yeni çalarlar əlavə edir. Buna Prezident İlham Əliyevin "2016- ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" 11 yanvar 2016- il tarixli Sərəncamını misal göstərmək olar. Bu da multikulturalizmin, tolerantlıq ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi geniş təbliğ olunması deməkdir. Azərbaycanda tolerantlığın ənənələrinin təbliği ilə bağlı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən möhtəşəm layihələr həyata keçirilir. Bu layihələr bir daha onu göstərir ki, müxtəlif dini etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc yanaşı yaşaması ölkəmizdə tolerant cəmiyyət modeli kimi mövcuddur.

2021-ci ilin mayında Şuşanın Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim olunub. Festivalın açılışındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır".

Bir sözlə, müstəqil Azərbaycan qazandığı bir sıra nailiyyətlərlə yanaşı, həm regionda, eləcə dünyada fərqli sivilizasiyaların qovuşduğu tolerant məkan kimi tanınır. Yəni respublikamız bütün millətlərin, müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi yaşadıqları nadir ölkələrdəndir. Bu mənada Azərbaycan öz tolerant yaşam tərzi ilə artıq dünyaya nümunədir. Bu nadirliyi bizə bəxş edən ulu öndər Heydər Əliyev olub.

Anatoli RAFAİLOV,

Milli Məclisin deputatı.