Ulu Öndərin siyasi xətti uğurlarımızın əsasıdır
Digər xəbərlər

Ulu Öndərin siyasi xətti uğurlarımızın əsasıdır

Bu gün ölkəmizdə həyata keçirilən qadın siyasətinin əsas prinsiplərini müəyyən edən onu dövlət səviyyəsinə qaldıran ümummilli lider bu məsələyə daim yüksək həssaslıqla yanaşmış, qadınların ictimai, siyasi sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyini hər zaman xüsusi qeyd etmişdir.

Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə qadın hüquqlarının qorunması təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasi kursunun prioritet istiqamətlərindən olmuşdur. Ulu öndərin imzaladığı mühüm fərman sərəncamlar Azərbaycanda qadın hüquqlarının reallaşması təminatı istiqamətində irəliyə doğru atılmış müstəsna əhəmiyyət kəsb edən addımlar olmuşdur.

Ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə respublikamıza ilk dəfə rəhbərlik etməyə başladığı vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın problemləri haqlarının müdafiəçisinə çevrilmişdir. Təsadüfi deyil ki, 1970-1980-ci illərdə ölkənin sosial-mədəni həyatında qadınların rolu xeyli artmışdır. Azərbaycan elminin şöhrətini ucaldan onu dünyaya tanıdan ziyalı qadınlara ittifaq miqyaslı fəxri adların verilməsi Heydər Əliyevin onlar qarşısındakı əvəzsiz xidmətlərindən biri idi.

Respublikamızda hakimiyyətdə olduğu illərdə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qadın hüquqlarının qorunması məqsədilə qəbul olunmuş çoxsaylı qanunlar, imzalanmış fərman sərəncamlar, beynəlxalq konvensiyalara qoşulma faktları sayəsində Azərbaycanda lider, sahibkar qadınlar yetişmiş, iqtisadiyyatda, siyasətdə, elmdə, bir sözlə, hər sahədə qadınlar kişilərlə eyni səviyyədə, bəzi hallarda isə daha böyük fəallıqla çalışmağa başlamışlar.

Ümummilli liderin imzaladığı fərmana əsasən, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003- ildə isə II qurultayı keçirilmişdir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar böyük hadisələrdən biri kimi qiymətləndirilir. Çünki bu qurultayda demokratik cəmiyyətdə qadın hərəkatının əsası qoyulmuşdur. Beləliklə ümummilli liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açmış oldu. Ulu öndər Azərbaycan Respublikası qadınlarının I qurultayında çıxış edərək demişdir: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir heç vaxt bu zəhmətdən inciməmişdir".

Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti özünün növbəti, daha yüksək effektivlik səviyyəsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı dünyanın öncül dövlətləri sırasına çıxarıb. Ölkəmizdə qadın problemləri daim dövlət diqqətindədir gender proqramı ardıcıl surətdə uğurla həyata keçirilməkdədir.

Əlbəttə ki, bu gün Azərbaycanda həyata keçirilən qadın siyasətindən, Azərbaycan qadınlarının təkcə ölkəmizdə deyil, dünya miqyasında əldə etdikləri uğur nailiyyətlərdən danışarkən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna fəaliyyətini xüsusi qeyd etməmək olmaz.

Məlumdur ki, Azərbaycanın tarixində öz xalqının dövlətinin taleyində müstəsna rol oynamış, fədakar fəaliyyətləri ilə xalqımızın gələcəyinə işıq tutmuş görkəmli qadınlarımız kifayət qədər çox olmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağlı iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin mədəniyyətimizin bir çox parlaq səhifələri məhz yüksək intellektə, insani keyfiyyətlərə sahib olan Azərbaycan qadınının adı ilə bağlıdır.

Aqiyə NAXÇIVANLI,

Milli Məclisin deputatı.