Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Dünya xəbərləri

Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

Türkiyənin Bodrum şəhərində 4,1 bal gücündə zəlzələ olub.

"Respublika" "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, hadisə Muğla rayonunda qeydə alınıb.

Zəlzələ nəticəsində itki və dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.

Nurcan SÜLEYMANOVA

"Respublika"