Yunanıstanda ard-arda yanğınlar baş verib
Dünya xəbərləri

Yunanıstanda ard-arda yanğınlar baş verib

Yunanıstanda isti hava və güclü külək son 24 saat ərzində 46 meşə yanğınına səbəb olub.

"Respublika" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidməti məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, paytaxt Afinanın da daxil olduğu Attiki bölgəsindəki meteoroloji şərait meşə yanğınları riskini artırıb.

Bundan başqa, ölkədəki istilərin iyulun 20-də pik həddə çatacağı gözlənilir.