Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib
Siyasət

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Mayın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Respublika"ya bildirilib ki, görüş zamanı, ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar və sair istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə müzakirə aparılıb.

Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə regionda mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində, həmçinin geniş narahatlıq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İsrail nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun rəhbərlik edib.