Türkiyədə zəlzələ olub
Dünya xəbərləri

Türkiyədə zəlzələ olub

Türkiyənin Marmaris şəhərində dünən saat 18:45-də 4,1 bal gücündə zəlzələ baş verib. 

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, yerin 61,85 kilometr dərinliyində baş verən zəlzələ şəhər mərkəzi və ətraf rayonlarda da hiss olunub.

Zəlzələ bölgədə qısamüddətli panikaya səbəb olub. Rəsmilər bildirib ki, heç bir neqativ vəziyyətə rast gəlinməyib.

Töhfə SƏMƏDOVA,

"Respublika".