“Vestnik Kavkaza”: “AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq”
Diaspora

“Vestnik Kavkaza”: “AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq”

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamları həyata keçiriləcək.

“Vestnik Kavkaza” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, AZAL-ın Buxarestə reyslərinin açılması Azərbaycan və Rumıniya arasında əlaqələrin inkişafına, həmçinin turizm, mədəniyyət və biznes imkanlarının genişlənməsinə töhfə verəcək.

Tacir SADIQOV,

“Respublika”.