Tramp:
Dünya xəbərləri

Tramp: "ABŞ Fransa ilə eyni taleyi yaşamayacaq"

ABŞ Fransa ilə eyni taleyi yaşmayacaq”.

Respublika” xəbər verir ki, bu fikirləri ABŞ-nin eks-Prezidenti Donald Tramp Ayova ştatında keçirilən mitinqdə bildirib.

Tramp qeyd edib ki, insanların alış-veriş məkanlarını, şəhərləri havaya uçurmasını və əkin sahələrini oğurlanmasını istəmirlər.

“Mən prezident olsam, səyahət qadağası əvvəlkindən daha geniş və güclü şəkildə tətbiq olunacaq” deyən Tramp öz Prezidentliyi dövründə əksəriyyəti müsəlman olan bəzi ölkələrə səyahət qadağası tətbiq etmişdi.

Xatırladaq ki, Tramp 2017-ci ildə vəzifəyə gəldikdən bir həftə sonra, yanvarın 27-də İran, Suriya, Liviya, Yəmən, Somali, Çad və Şimali Koreyaya səyahət qadağası qoymuş, lakin qərarın hava limanlarında geniş etirazına səbəb olmasından sonra geri addım atmışdı.