Yunanıstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək
Dünya xəbərləri

Yunanıstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetritis sentyabrın 5-də Türkiyəyə gələcək.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, Yunanıstan naziri səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidan ilə görüşəcək.

Nazirlər ikitərəfli münasibətlər və regional məsələlər barədə müzakirələr edəcəklər. 

Töhfə SƏMƏDOVA,

"Respublika".