Co Bayden: Təhlükəsiz Avropa olmadan ABŞ-ın çiçəklənməsi mümkün deyil
Dünya xəbərləri

Co Bayden: Təhlükəsiz Avropa olmadan ABŞ-ın çiçəklənməsi mümkün deyil

ABŞ Prezidenti Co Bayden iddia edir ki, Birləşmiş Ştatlar təhlükəsiz Avropa olmadan inkişaf edə bilməz.

"Respublika" xəbər verir ki, ABŞ Prezidenti bu barədə Vilnüsdə Qərbin Kiyevə dəstəyinə həsr olunmuş çıxışında bildirib.

“Son illər ərzində biz transatlantik tərəfdaşlığı yeni zirvələrə qaldıraraq, qlobal sabitliyin lövbəri olan Avropa ilə ABŞ arasında münasibətlərin vacibliyini sübut etdik. ABŞ-ın təhlükəsiz Avropa olmadan çiçəklənə biləcəyi ideyası əsassızdır”, - deyə Co Bayden söyləyib.

Qeyd edək ki, ABŞ Prezidenti NATO sammitində iştirak etmək və bu çərçivədə ikitərəfli və çoxtərəfli görüşlər keçirmək üçün Vilnüsdə idi.