Təklə kəndində güzəran yaxşılaşır
Region

Təklə kəndində güzəran yaxşılaşır

Təklə kəndində əməli işi, dövlətə xalqa bağlılığı ilə tanınan Hüseynovlar nəsli bu gün ənənəsinə sadiqliyi ilə seçilir. Məhz bu səbəbdən nəslin yetirməsi Hüseynağa müəllimin icra nümayəndəsi təyin olunması kənd sakinlərinin sevincinə sevinc qatdı. Çünki Prezidentin diqqəti qayğısı sayəsində digər kəndlər kimi, Təklə Çuxanlı kəndlərinin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Kəndlərin yolları müasir tələblər səviyyəsində çəkilib. Uzun illər ərzində sakinləri narahat edən su problemi aradan qaldırılıb. Sərəncama uyğun olaraq yeni artizan su quyusu qazılaraq istifadəyə verilib. Yeni məktəb binaları inşa olunub.

Kəndə gedərkən yolboyu əkilən ağaclar ilk öncədən diqqəti cəlb edir. HəmsöhbətimQobustan Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynağa Hüseynov söhbətə yolların abadlaşdırılması üçün görülən işlərdən başladı. Bildirdi ki, dövlət başçısının sərəncamı ilə bu yolun çəkilməsi ərazidə yaşayan hər bir sakinin ürəyincə oldu. Biz öz dəstəyimizi cəmləşdirərək dövlətin qayğısına işimizlə cavab vermək qərarına gəldik. Mütəmadi olaraq kənd sakinləri ilə keçirdiyimiz görüşlərdə qərara gəldik ki, yol boyu yaşıllıq zonası yaradaq. Belə oldu, rayon icra hakimiyyətinin başçısı bu işdə hərtərəfli köməklik göstərəcəyini deyərək bizi xeyli həvəsləndirdi. Beləliklə Bakı-Şamaxı magistral avtomobil yolundan kəndimizə qədər olan 4 min metr yolun kənarında ağaclar əkdik becərilməsini qərara aldıq. Kənd sakinlərinin iştirakı ilə keçirilən bu aksiyada rayon rəhbərinin iştirakı bizi xeyli həvəsləndirdi. Ağacların qorunması üçün artıq 1500 metr əraziyə tikanlı məftillərlə çəpər çəkmişik. Sulanmasını da öz üzərimizə götürmüşük. İstəyirik ki, dövlətin qayğısı sayəsində abad olan yolumuzun ətrafı yaşıllıq məkanına çevrilsin.

Kənddə su probleminin həlli üçün görülən işlərdən danışan Hüseynağa müəllim qeyd etdi ki, suyun əhaliyə çatdırılması üçün çox çalışdıq. 3500 metr uzunluğunda xətt çəkməli idik. Rayonun daxili imkanları hesabına bu işi həll etməyi bacardıq. 75-110 mm diametr ölçüdə su xəttini quraşdırdıq. Anbardan bütün evlərə su xətti çəkdik. Çuxanlı kəndində su təminatı xeyli yaxşıdı, Təklə kəndində isə növbəlilik əsasında həyata keçirilir. Belə ki, anbara arteziandan saatda 15 ton su vurulur 400 ailə arasında bərabər prinsiplər əsasında bölünür.

Kəndarası yolların təmir olunduğunu yenidən çəkildiyi deyən icra nümayəndəsi bu gün kənddə problemsiz yaşamağın vacibliyinə toxundu. Bildirdi ki, kənddə aztəminatlı ailə, demək olar ki, yoxdur. Zəhmətə qatlaşanın güzəranı durmadan yaxşılaşırKəndimizin sakinləri əsasən əkinçiliklə heyvandarlıqla məşğul olur. Hətta elə ailə var ki, 500 baş qoyunu, 50-100, bəzisinin isə 200 baş mal-qarası var. Dövlət  təsərrüfatla məşğul olmaq üçün subsidiya verir. Hərə öz təsərrüfatı üçün çalışır. Kənd sakinlərinin böyük hissəsinin  müasir şəraitdə çardaqları var. Toylarımızı artıq öz həyətlərimizdə edirik. Gözəl tarixi ənənələrimizi qoruyuruq şən günlərimizi ürəyimiz istədiyimiz şəraitdə qeyd edirik. Kənd sakini üçün bundan yaxşı ola bilər. Bununla yanaşı, rayon rəhbərliyi daxili imkanlar hesabına aztəminatlı ailələrə qayğı göstərir. Rayonda bu istiqamətdə çoxsaylı layihələr həyata keçirilir.

Kəndarası yollar da yenidən çəkilib. İcra nümayəndəsi bildirdi ki, qısa zamanda kənd yollarında 7 min kvadratmetr asfalt döşənib. Yolu, suyu, qazı, müasir məktəb binası sağlamlıq mərkəzi olan kənddə yaşamaqdan gözəl ola bilər. Bu səbəbdən uzunömürlülər diyarı kimi tanınan Təklə kəndində həyat tərzi durmadan yaxşılaşır. İcra nümayəndəsi kənd sakinlərinin qarşılaşdığı problemlərin həlli üçün mövcud şəraitdən maksimum faydalanmağın vacibliyinə toxundu. Qeyd etdi ki, rayon rəhbərliyi ilə mütəmadi keçirilən görüşlərimiz işgüzar demokratik şəraitdə keçir. Bütün istək arzularımızın reallaşması üçün fikrimizi bildiririk. Yaxın zamanlarda kəndimizdə müasirtipli uşaq bağçası körpələr evinin tikilərək kənd sakinlərinin ixtiyarına veriləcəyinə əminik. Biz çox şad oluruq ki, rayon səviyyəsində olan məsələlərin həlli yerindəcə həll olunur, respublika səviyyəli problemlər isə dövlət qarşısında qaldırılır ölkə rəhbərinin xalqa yüksək qayğısı sayəsində həll edilir. Budur dövlət başçısının xalqa yüksək qayğısının real mənzərəsi.

Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə icra nümayəndəsi Hüseynağa Hüseynovun "Tərəqqi" medalına layiq görülməsi zəhmətə verilən dövlət qiymətinin məntiqi nəticəsi kimi yüksək dəyərləndirilir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".