Tacikistanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
İQTİSADİYYAT

Tacikistanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşüb.

Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən “Respublika”ya bildirilib.

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı perspektivləri və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirə aparılıb. Görüşdə xalqlarımız arasında dostluq münasibətlərinin, dövlət başçılarının səfərlərinin, yüksək səviyyəli görüşlərin, imzalanmış sənədlərin, həmçinin, işgüzar əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyi vurğulanıb. İqtisadiyyat naziri ölkəmizin Milli Prioritetləri, dayanıqlı iqtisadi inkişaf tədbirləri, təşəbbüsçüsü və iştirakçısı olduğumuz regional və qlobal enerji layihələri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Tacikistanla sənayenin bir sıra sahələri, o cümlədən, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən istifadə, rəqəmsal ticarət, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial var.

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına önəm verdiyini, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən istifadə etməkdə maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadi əlaqələrin inkişafı perspektivləri və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirə aparıblar.