Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri yeni perspektivlər vəd edir
Türk dünyası

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri yeni perspektivlər vəd edir

Rəcəb Tayyib Ərdoğan ilk səfərini iyunun 12- Şimali Kipr Türk Respublikasına edib, sonra isə Azərbaycana gəlib. Səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini daha da yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin yaxınlığını göstərir. Bu baxımdan, səfər böyük əhəmiyyətə malikdir.

Millət vəkili Elman Nəsirov bildirib ki, Rəcəb Tayyib Ərdoğanın səfəri bir daha onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri nümunəvidir, strateji xarakter daşıyır. Xalqlarımız, dövlətlərimiz dövlət başçıları dost, qardaş münasibətindədirlər. Türkiyə Prezidentinin ilk səfərinə Azərbaycandan başlaması həm Azərbaycan Türkiyəyə qərəzli mövqedə dayanan dövlətlər üçün ismarışdır: Azərbaycan Türkiyə qardaşlığı əbədidir, heç kim bizim aramıza girə bilməz. Türkiyə Azərbaycanı heç vaxt yalqız qoymaz. Eyni münasibətləri Türkiyə Azərbaycandan da görməkdədir. Bu, bir çox real hadisələrdə öz əksini tapıb. Xüsusi vurğulamaq lazımdır ki, Türkiyə İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycanın yanında oldu. Ərdoğan müharibənin ilk vaxtlarında belə bir açıqlama vermişdi ki, Azərbaycan Türkiyənin qırmızı xəttidir kim o xətti keçərsə, qarşısında Türkiyəni görəcək. Eyni zamanda Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycan da öz töhfələrini verir. Belə ki, Azərbaycan Kahramanmaraşda 1000 binanın tikintisini öz üzərinə götürüb. Bu, misli-bərabəri olmayan bir addım, qardaşlığımızın növbəti əyani sübutudur. Bu reallıqlar fonunda Türkiyə Prezidentinin ilk səfərini Azərbaycana etməsi bütün münasibətlərin məntiqindən doğan hadisədir. Hər birimiz bu qardaşlığın əbədi olacağına inanırıq.

Politoloq Züriyə Qarayeva bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilən idi. Məlum məsələdir ki, hər iki lider ənənəvi olaraq prezident seçkilərindən dərhal sonra ilk səfərini məhz bir-birinin ölkəsinə edir. Bu ənənə ölkələrimiz arasında dostluq qardaşlıq münasibətinin, xalqlarımız arasındakı tarixi mənəvi bağın təzahürü, bariz göstəricisidir. Səfərlər onu göstərir ki, qardaş ölkə arasında dostluq qardaşlıq münasibətləri tarixinin ən güclü mərhələsindədir. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm Qarabağdakı son vəziyyət müzakirə ediləcək. Görüş zamanı hazırda şərti təmas rus sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri zonada baş verən təxribatlar bu diversiya aktlarına qarşı mümkün mübarizə imkanları müzakirə olunacaq. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında da yeni saziş imzalana bilər. Müdafiə təhlükəsizlik sahəsində ortaq layihələrin icrası gözlənilir. Ölkəmizdə "Bayraktar" mərkəzinin yaradılması ilə bağlı ciddi addımlar atıla bilər. Eləcə bu istiqamətdə ortaq hərbi sursatın istehsalı da gözləniləndir.

Nuranə DAXİLQIZI,

"Respublika".