Türkiyə ordusunun hərbçisi şəhid olub
Türk dünyası

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Erdem Kavlak həlak olub.

"Respublika" bildirir ki, ölkənin Milli Müdafiə Nazirliyi hadisənin İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında baş verdiyini açıqlayıb.

O, silahla ehtiyatsız davranış nəticəsində ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, E.Kavlakın həyatını xilas etmək mümkün olmayıb.