Sinqapurda 20 ildən sonra ilk dəfə qadın edam ediləcək
Türk dünyası

Sinqapurda 20 ildən sonra ilk dəfə qadın edam ediləcək

Sinqapurda 20 ildən sonra ilk dəfə narkotik istifadəsinə görə qadın edam ediləcək. 
"Respublika" "BBC"yə istinadən xəbər verir ki, Sinqapur vətəndaşı, 45 yaşlı Saridewi Djamani 2018-ci ildə 30 qram heroin qaçaqmalçılığında təqsirli bilinib. O, Sinqapurlu həmkarı Mohd Aziz bin Hüseyndən sonra üç gün ərzində edam edilən ikinci, 2022-ci ilin martından bəri isə 15-ci narkotik məhkumu olacaq.

Qeyd edək ki, Sinqapurda dünyanın ən sərt anti-narkotik qanunları var və bu qanunların cəmiyyəti qorumaq üçün zəruri olduğunu deyir. Sinqapur qanunlarına görə, ölüm cəzası 15 qramdan çox heroin və 500 qramdan çox çətənə alverinə görə tətbiq edilir.

Töhfə SƏMƏDOVA,

"Respublika".