Ali Məhkəmə hüquqşünaslara müraciət edib
Sosial həyat

Ali Məhkəmə hüquqşünaslara müraciət edib

İyunun 21-də Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilməsi planlaşdırılır. İclasda “Əsassız varlanma: mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.

Ali Məhkəmənin mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, müzakirənin məqsədi məhkəmələr tərəfindən işlərə baxılarkən əsassız varlanmaya aid hüquq normalarının tətbiqindəki mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması məqsədi ilə əsassız varlanmaya aid hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsindən ibarətdir.

Mövzu üzrə müzakirəyə təqdim edilən suallar Ali Məhkəmənin rəsmi saytında yerləşdirilib.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət ediləcəklər.