Rəcəb Tayyib Ərdoğan: “Terroristlərə qucaq açanları qəbul edə bilmərik”
Türk dünyası

Rəcəb Tayyib Ərdoğan: “Terroristlərə qucaq açanları qəbul edə bilmərik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin məzunları ilə görüşündə İsveçin NATO-ya üzvlüyü prosesi barədə danışıb. 

“Respublika” xəbər verir ki, Türkiyənin dövlət başçısı ölkəsinin NATO-nun açıq qapı siyasətini dəstəklədiyini bildirib. Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Finlandiyanın alyansa üzvlüyünü təsdiqləməklə bunu bir daha sübut edib. Amma türkiyəli lider vurğulayıb ki, terrorçuların dəstəklənməsinə göz yuma bilməz. 

Ərdoğan NATO-nun Vilnüsdə keçiriləcək sammitində bu məsələnin ətraflı şəkildə müzakirə olunacağını da vurğulayıb. 

Jalə QASIMZADƏ, 
“Respublika”.