Prezident Blinkenə Laçın sərhəd-buraxılış məntəqəsindəki təxribat barədə məlumat verdi
Siyasət

Prezident Blinkenə Laçın sərhəd-buraxılış məntəqəsindəki təxribat barədə məlumat verdi

Azərbaycan Prezidenti İlham Əliyev telefon danışığı zamanı ABŞ Dövlət katibi Antoni Blinkenə Laçın buraxılış məntəqəsində silahlı təxribat və qaçaqmalçılıq barədə məlumat verib.

"Respublika" xəbər verir ki, İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.