Nəsli kəsilməkdə olan panqolinin yeni növü aşkar edilib
Maraqlı

Nəsli kəsilməkdə olan panqolinin yeni növü aşkar edilib

Çində tədqiqatçılar nəsli kəsilməkdə olan panqolinlərin pulcuqlarını araşdıraraq yeni növünü aşkar ediblər.
"Respublika" "TRT Haber"ə istinadən xəbər verir ki, kəşf edilmiş doqquzuncu panqolin növünə "manis mysteria" adı verilib.

Qarışqayeyən növlərə aid olan panqolinlər Asiya qitəsinin bəzi yerlərində qanunsuz olaraq satılır. Çində ənənəvi tibb məhsulları hazırlamaq üçün istifadə edilən panqolinlərin pulcuqlarında keratin var. Vyetnamda və Çində panqolinlər müxtəlif xəstəliklərə faydalı olması bəhanəsiylə yüksək qiymətə satılır.

Nurcan SÜLEYMANOVA

"Respublika"