NASA-dan Rusiyaya müraciət
Dünya xəbərləri

NASA-dan Rusiyaya müraciət

NASA-da elektrik kəsildiyi üçün ABŞ astronavtları Rusiyaya müraciət edib.

"Respublika" xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Bildirilib ki, ABŞ Aerokosmik Agentliyində (NASA) elektrik enerjisinin kəsilməsi nəticəsində Beynəlxalq Kosmik Stansiya (BKS) ilə kommunikasiya itib. Daha sonra Texas ştatının Hyuston şəhərindəki kosmik mərkəzdə ehtiyat sistemlər işə salınıb. Kosmik stansiyanın proqram meneceri Joel Montalbano kosmonavtların və stansiyanın təhlükədə olmadığını, problemin tamamilə sistemlə əlaqəli olduğunu bildirib. 

Qeyd edək ki, ABŞ-la arasında yaranan siyasi gərginlikdən sonra Rusiya BKS-dən ayrılaraq öz kosmik stansiyasını yaratmağa qərar verib.

Nəzrin ELDARQIZI,

"Respublika".