Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə finala yüksəlib
İdman

Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Koreya Açıq Beynəlxalq Turnirində finala yüksəlib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən "Respublika"ya verilən məlumata görə, 58 kiloqramda çıxış edən idmançı Çxunçxon şəhərində keçirilən yarışın 1/4 finalında braziliyalı, yarımfinalda isə Cənubi koreyalı rəqibini məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb.