Dünya Kuboku: Azərbaycan karateçisi üçüncü olub
İdman

Dünya Kuboku: Azərbaycan karateçisi üçüncü olub

Azərbaycan karateçisi Cavid Kazımlı Bolqarıstanın Varna şəhərində keçirilən KWU SENSHI üzrə XVIII beynəlxalq seminar və kyokuşin üzrə Dünya Kubokunda medal qazanıb.

Azərbaycan Karate Federasiyasından "Respublika"ya verilən məlumata görə, 75 kiloqram çəki dərəcəsində 16-17 yaş qrupunda mübarizə aparan idmançı üçüncü yerə çıxıb.

Daha sonra yarışda senşi döyüşlərinə start verilib. Bu növdə Orxan Məmmədov ilk döyüşünü tam qələbə ilə bitirib. O, ikinci döyüşünü bu gün keçirəcək.