ABŞ-da banner daşıyan təyyarə çimərliyə düşüb
Dünya xəbərləri

ABŞ-da banner daşıyan təyyarə çimərliyə düşüb

ABŞ-da pankart daşıyan təyyarə çimərlikdə qəzaya uğrayıb.

"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, təyyarə insanların daha çox olduğu vaxtda qəflətən düşüb.

İnsanlar tərəfindən çəkilən görüntülər sosial şəbəkələrdə gündəm olub. Qəzaya uğrayan təyyarənin pilotu xəsarət almayıb. 

Töhfə SƏMƏDOVA,

"Respublika".