Yens Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb
Dünya xəbərləri

Yens Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb

NATO-nun Baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb. 

"Respublika" xəbər verir ki, bu barədə NATO nümayəndəsi Oan Lunqesku məlumat verib. 

"Tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər", - deyə spiker bildirib. O, həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək. 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətdə Qara dənizdəki təhlükəsizlik vəziyyəti ilə bağlı məsləhətləşmələr üçün Ukrayna-NATO Şurasının təcili çağırılması təklifi ilə Stoltenberqə müraciət etdiyini bildirmişdi.