Müharibə veteranına ehtiram
Sosial həyat

Müharibə veteranına ehtiram

İndi Masallının xüsusi hörmət göstərilən gənclərdən biri Şahin Vidadi oğlu  Məmmədovdur.  Şahin minlərlə  qeyrətli  oğul kimi haqq savaşımızda  Vətən torpaqlarının  azadlığı və bütövlüyü uğrunda erməni dığalarını  məhv edərək xalqımıza qələbə sevincini yaşadıb. Hazırda da  yaxşı işi, xeyirxah  əməlləri yalnız el-obaya sevinc gətirir.  Şahin Vidadi oğlu  Məmmədov Masallı rayonu, Böyük Kolatan  kəndində şərəfli, el- obaya gərəkli həyatını davam edir. O,  2005-2016-cı illərdə tam orta təhsil alıb, 2017-2019-ci illərdə çağırışçı kimi canından artıq sevdiyi Azərbaycana olan oğuluq borcunu şərəflə yerinə yetirib. Vətən müharibəsinə könülü qatılıb, döyüş meydanında düşmənə qan qusdurub. İgid döyüşçü  Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşdə sol ayağından yaralanıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən   Şahin Vidadi oğlu Məmmədov  Xocavəndin, Füzulinin azadlığı uğrunda, “Hərbi xidmətlərə görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.

Bu günlər “Vətənpərvər klubu”  çərçivəsində “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin kollektivi  İkinci Qarabağ müharibəsi veteranı  Şahin Vidadi oğlunu ziyarət edib.  Vətən sevdalısının keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib. Şahin  öz həm də  müharibədə qələbə qazanmağın sevincindən, döyüş xatirələrindən  danışıb.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.