Fiziki şəxsin ehtiyacı olan dərman vasitəsinin ölkəyə gətirilməsində məhdudiyyət yoxdur
Sosial həyat

Fiziki şəxsin ehtiyacı olan dərman vasitəsinin ölkəyə gətirilməsində məhdudiyyət yoxdur

Fiziki şəxslər tərəfindən ehtiyacı olan dərman vasitəsinin ölkəyə gətirilməsində hər hansı məhdudiyyət yoxdur.

Bu sözləri Milli Məclisin iyulun 6-da keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Nazir müavini qeyd edib ki, xaricdə müalicə alan şəxs ölkəyə gələndə ehtiyacı olan dərmanları özü ilə gətirə bilər. Qanuna ediləcək dəyişikliklər Azərbaycanda müalicə alan şəxslər üçün dövlət qeydiyyatında və satışda olmayan dərman vasitəsinin sifarişi əsasında xaricdən gətirilməsinə şərait yaradacaq.