Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
Mədəniyyət

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

“İctimai iştirakçılıq haqqında "Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanunu"na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 17 iyul 2023-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 3 namizəd İctimai Şuranın üzvü seçilib.

• Yolçuyev Əkbər Mehdi oğlu

• Mustafayeva Samirə Vəli qızı

• Qədirov Vuqar Kərim oğlu

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məlumat yayıb.

Seçkilərə 26 namizəd qatılıb. İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından, boş qalan 6 yer üçün 20 iyul 2023-cü il tarixdə saat 11:00-dan 14:00-dək Beynəlxalq Muğam Mərkəzində namizədliyi qeydə alınmış şəxslər arasında təkrar seçkilər keçiriləcək.

Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakları nəzərdə tutulub.