Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən kitabın təqdimatı
Mədəniyyət

Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən kitabın təqdimatı

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilmiş “Maqsud əbədidir” kitabının təqdimatında əvvəlcə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru və yazıçının həyat yoldaşı Anna İbrahimbəyova kitab haqqında fikirlərini bölüşüb. O deyib ki, bu gün mənim üçün çox xoş bir gündür. Ona görə ki, bu gün biz Heydər Əliyev Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş kitabın təqdimatına yığışmışıq. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Maqsud əbədidir” (“Максуд навсегда”) kitabı Azərbaycan və rus dillərində hazırlanıb. Sənədli povest janrındakı kitab dünyaşöhrətli yazıçı, nasir, kinodramaturq, rejissor, Azərbaycan Respublikasının "Şöhrət", "İstiqlal" və "Şərəf" ordenlərinin laureatı, 2012-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd Maqsud İbrahimbəyovun zəngin həyatı barədə məlumatları çatdırır.

Natiq qeyd edib ki, kitabın müəllifi Əməkdar jurnalist Nadejda İsmayılova Maqsud İbrahimbəyovla 60 ildən çox dostluq edib. Kitab təkcə Maqsud İbrahimbəyov haqqında olan xatirələrdən ibarət deyil, bu, əsl bioqrafik romandır.

TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Maqsud İbrahimbəyov haqqında xoş təəssüratlarını bölüşüb.

“Respublika”.