Laçın şəhərində rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi və əməliyyat müşavirəsi
Digər xəbərlər

Laçın şəhərində rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi və əməliyyat müşavirəsi

İyunun 22- işğaldan azad edilmiş Laçın şəhərində rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun rəhbər heyəti iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, tədbirdən öncə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Tədbir iştirakçılarına məlumat verilib ki, inzibati binada prokuror, prokuror köməkçiləri müstəntiqlər üçün otaqlar, dəftərxana arxiv yaradılıb.

Qeyd edilib ki, bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar mühəndis qurğuları ilə təchiz edilib, mebel digər inventarlarla təmin olunub.

Laçın Rayon Prokurorluğunun yeni inzibati binasında yaradılan şəraitlə tanış olan Baş prokuror kollektivə uğurlar arzu edib.

Nəzərə çatdırılıb ki, prokurorluq orqanlarının ənənəvi tarixi fəaliyyəti, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu daxili xarici siyasətə sadiqliyi bu siyasətin həyata keçirilməsinə yüksək dəstəyi əminlik yaradır ki, prokurorluq orqanları işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın rayonunda hüquq qaydasının təmin edilməsi möhkəmləndirilməsi, insan vətəndaşların hüquq azadlıqlarının qorunması, cinayətkarlıqla mübarizə üzrə digər orqanlarla əlaqəli şəkildə fəaliyyətini bundan sonra da yüksək səviyyədə yerinə yetirməklə, onlara göstərilən etimadı daha da yüksək səviyyədə doğrultmağa, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən tam şəkildə gəlməyə davam edəcək.

Prokurorluq əməkdaşlarının xidmətlərinin daha səmərəli peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə müasir maddi-texniki təminata təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Daha sonra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Şuşa, Zəngilan, Qubadlı, Laçın rayon Qubadlı hərbi prokurorluqlarının əməkdaşlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev zəruri tapşırıq göstərişlərini verib.

Qeyd olunub ki, ölkə başçısının bilavasitə rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə reallaşan müxtəlif istiqamətli layihələr, sosial-iqtisadi obyektlərin açılışı Qarabağ Şərqi Zəngəzuru yenidən həyata qaytaracaq "Böyük Qayıdış"ın əsasını qoyub.

Vurğulanıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə Laçın rayonuna, o cümlədən Laçın şəhərinə səfər etməsi, aparılan bərpa-quruculuq işləri ilə əyani tanış olması, bu bölgənin ölkəmiz üçün böyük önəmini göstərir.

Müşavirədən sonra Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi heyət Laçın səhərində görülmüş abadlıq-quruculuq işləri ilə tanış olub.

Qeyd edək ki, daha sonra Baş prokuror Kamran Əliyev Laçın Qubadlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub, əsgər zabitlərlə görüş keçirib.

Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib.

Sonra bir qrup hərbçiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.

Ülvi QARAYEV,

Respublika”.