İsrailin Baş naziri Türkiyə və Kipr səfərlərini təxirə salıb
Dünya xəbərləri

İsrailin Baş naziri Türkiyə və Kipr səfərlərini təxirə salıb

İsrailin Baş naziri Benyamin Netanyahu səhhəti ilə əlaqədar Türkiyə və Kiprə planlaşdırılan səfərlərini təxirə salmağa məcbur olub. 

"Respublika" xəbər verir ki, bu barədə Netanyahunun sözçüsü Topaz Luk açıqlama verib. 

“Baş nazirin nəzarət altında qalması tələb olunur, bu, belə tibbi müdaxilədən sonra standart prosedurdur”, - deyə Topaz Luk bildirib. Onun sözlərinə görə, hazırda Baş nazirin ofisi səfərlərin sentyabr ayına keçirilməsi ilə bağlı danışıqlar aparır. 

Səfərlərin təxirə salınması ötən gecə Benyamin Netanyahya kardiostimulyator qoyulması əməliyyatı ilə bağlıdır və o, bir neçə həftə mütəxəssislərin nəzarəti altında olmalıdır. 

İsrail Baş nazirinin Kiprə səfəri iyulun 27-nə, Türkiyəyə səfəri isə iyulun 28-nə planlaşdırılmışdı.