Türkiyədə zəlzələ baş verib
Dünya xəbərləri

Türkiyədə zəlzələ baş verib

Türkiyənin Sivas bölgəsində 3,5 bal gücündə zəlzələ baş verib.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, saat 09:23-də baş verən zəlzələ qısa müddətli çaxnaşma yaradıb.

Qeyd edilib ki, zəlzələ 12,87 kilometr dərinlikdə baş verib. 

Töhfə SƏMƏDOVA,

"Respublika".