Fransa ilə İtaliya arasında dəmir yolu əlaqəsi kəsilib
Dünya xəbərləri

Fransa ilə İtaliya arasında dəmir yolu əlaqəsi kəsilib

Fransanın Savoya departamentində sürüşmə səbəbindən Fransa ilə İtaliya arasında dəmir yolu əlaqəsi kəsilib.

"Respublika" İtaliyanın "ANSA" xəbər agentliyinə istinadən xəbər verir ki, sürüşmə Fransanın Sen-Andre şəhərində baş verib. Hadisə şahid tərəfindən lentə alınıb.

Dağın bir hissəsi dəmir yolunun və avtomagistralın üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alanlar barəsində məlumat verilməyib.