İqtisadi inkişafın kökündə siyasi sabitlik dayanır
İqtisadiyyat

İqtisadi inkişafın kökündə siyasi sabitlik dayanır

Bu gün Azərbaycan neft və qaz ölkəsi kimi tanınır. Öz öhdəliklərini Avropa ölkələri, Avropa Birliyi qarşısında həmişə yerinə yetirib və bunu davam etdirir. Azərbaycan qitənin enerji təchizatında etibarlı tərəfdaşdır. Üç il bundan qabaq Cənub Qaz Dəhlizi tamamlandı. Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində də qeyd edib ki, bu dəhliz 3500 kilometrlik bir xətti özündə birləşdirir. Burada İtaliya, Yunanıstan, həmçinin Balkan ölkələri və Azərbaycan qazı ilə təmin oluna biləcək. Amma alternativ enerjiyə keçid də qaçılmazdır. Yəni artıq yavaş-yavaş ənənəvi enerji dünya bazarında öz payını azaldır. Əlbəttə, müəyyən dərəcədə tələbat da aşağı düşəcək. Bu da təbii prosesdir və nəticə etibarilə Azərbaycan artıq özünü dünyaya yeni imiclə, reputasiya ilə, ənənəvi enerji mənbəyi kimi tanıtmaq istəyir. Yəni bizi təkcə neft və qaz ölkəsi kimi deyil, həm də alternativ enerji mənbəyi kimi tanıyacaqlar.

Bütün bunlarla yanaşı, Abşeronda, Xəzər dənizində külək enerjisi çox rentabellidir. Güclü küləklər əsir və enerji üçün şərait yaranır. Ölkə Prezidenti qeyd edib ki, biz həm də həmin enerjini ixrac etməyi düşünürük. Çünki artıq hesablamalar göstərir ki, gələcəkdə dünyada elektrik enerjisinə tələb həddən artıq yüksək olacaq və artıq bütün avtomobillər robotlar, texnologiya və sair qurğular elektrik enerjisi tələb edəcək. Alternativ enerji mənbəyi isə Avropada zəifdir. Çünki Avropada günəşli günlərin sayı azdır. Skandinaviya ölkələrində, ümumiyyətlə günəş enerjisi rentabelli deyil və nəticə etibarilə bu gün neft və qaz idxal edən Avropa gələcəkdə daha çox elektrik enerjisi idxal etməyə məcbur olacaq. Bu mənada da Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edə biləcək.

2022-ci ilin neft və qaz qiymətləri fonunda güclü ümumdaxili məhsuldan sonra, əlbəttə, Azərbaycanın müsbət tempi saxlaması da çox mühüm bir məsələdir. Baxmayaraq ki, bu il xüsusilə qaz qiymətləri keçən ilə nisbətən aşağı oldu. Amma 2022-ci ildə Ukrayna-Rusiya müharibəsi nəticəsində 10 dəfədən çox baha olmuşdu. Bu səbəbdən, Azərbaycanın qaz gəlirləri də artmışdı ki, bu da Ümumi Daxili Məhsula müsbət təsir göstərmişdi. Ölkə Prezidenti digər bir məsələyə toxunub ki, Azərbaycan tranzit ölkə kimi öz mövqeyini qoruyub saxlayır. Bütün bunların fonunda Azərbaycan həm də stabil bir ölkədir. Çünki stabillik olmadan investisiya, rifah, iqtisadi inkişaf ola bilməz. Yəni hər şeyin kökündə siyasi stabillik də dayanır. Ölkənin xarici borcunun aşağı düşməsi ilə bağlı aparılan siyasət buna ən uyğun nümunə olar. Növbəti il xarici borcumuz Ümumi Daxili Məhsulun yeddi faizinə qədər azalacaq. Bu, çox böyük faktordur.                                                                     

Elman SADIQOV,

iqtisadçı-ekspert.