MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb
Elm və təhsil

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak etmək üçün 37 min 155 nəfər qeydiyyatdan keçib.

Bu barədə “Respublika”ya Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizədlər müsabiqənin elektron sənəd qəbulu mərhələsində mayın 22-si saat 11:00-dək www.miq.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.