Heydər Əliyevin hüquq siyasəti: insanpərvərlik və humanizm
Siyasət

Heydər Əliyevin hüquq siyasəti: insanpərvərlik və humanizm

Zəngin dövlətçilik tarixi olan Azərbaycanın müasir dünyada öz layiqli yerini tutması müstəqillik yolunda inamla addımlaması ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyası bu strategiyanın sonrakı dövrdə uğurla davam etdirilməsi ilə birbaşa bağlıdır. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, üç onillik ərzində ağır fəsadlarını yaşadığımız işğala son qoyulması, Böyük Zəfərdən sonra Qarabağ Şərqi Zəngəzurun dirçəlişi üçün genişmiqyaslı işlərə başlanılması Heydər Əliyev ideallarının təcəssümü olmaqla, milli inkişafın yeni mərhələsinə keçidi şərtləndirib. Ulu öndərin anadan olmasının 100 illik yubileyi məhz belə vaxta - müstəqil Azərbaycanın qalib dövlət kimi öz nüfuzunu daha da yüksəltdiyi, gücünü, qüdrətini daim artırdığı bir zamana təsadüf edir.

Möhtərəm Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" 29 sentyabr 2022-ci il tarixli Sərəncamında qeyd edildiyi kimi, ulu öndər cəmiyyətin həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib məharətlə həyata keçirib. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.

Qanunçuluğun təmin edilməsi, insan hüquq azadlıqlarının qorunması, ədalətlilik, humanizm insanpərvərlik Heydər Əliyevin milli inkişaf strategiyasının mühüm tərkib hissələridir. Bu dəyərlər hələ sovet hakimiyyəti dövründə respublikaya başçılıq edərkən, həmçinin keçmiş ittifaqın rəhbərliyində təmsil olunarkən ulu öndərin siyasi idarəçilik fəaliyyətində önəmli yer tutub, müstəqillik illərində isə milli dövlət quruculuğunun aparıcı istiqamətlərində öz ifadəsini tapıb. Dövlətçilik fəaliyyətində daim qanunun aliliyi prinsipinə əsaslanan müdrik siyasətçi ədaləti ədalətsizliklə bərpa etməyin mümkünsüzlüyünü bildirirdi. Bu baxımdan, müstəqil dövlət quruculuğu dövründə çevik səmərəli hüquq sistemi formalaşdırılarkən ədliyyə orqanlarının roluna xüsusi əhəmiyyət verilib, onun davamlı islahatlar yolu ilə təkmilləşdirilməsi diqqətdə saxlanılıb. Hələ sovet hakimiyyəti dövründə məhz ulu öndərin təşəbbüsü ilə təşkilati cəhətdən yenidən qurulan zəngin inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin səlahiyyətləri dövlət müstəqilliyinin bərpasından sonra daha da genişlənib, onun cəmiyyətdəki rolu nüfuzu artıb, peşəkar kadr potensialı gücləndirilib. Postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətinin məhkəməyə verilməsi, həmçinin Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi ulu öndərin rəhbərliyi ilə Azərbaycan ədliyyəsində aparılan islahatların mühüm nəticələrindən olub.

İyirmi beş il əvvəl ölüm cəzasının ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinə ünvaladığı tarixi müraciətdə müdrik uzaqgörən rəhbər insan həyatının ən yüksək dəyər, yaşamaq hüququnun hər bir insanın təbii ayrılmaz hüququ olduğunu qeyd edərək, ölüm cəzasının tətbiqini insan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan qeyri-insani amansız tədbir kimi qiymətləndirir, bu cəza növünün ləğvinin tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım hüquq sistemində islahatların mühüm mərhələsi olacağına əminliyini bildirirdi.

"İslah-əmək müəssisələrində istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmin edilməsi hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında" 1999-cu il 11 fevral tarixli, "Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında", eləcə "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında" 1999-cu il 9 oktyabr tarixli fərmanları ilə ulu öndər müstəqil dövlətimizin cəza siyasətinin humanistləşdirilməsi sahəsində köklü islahatların əsasını qoyub. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin qəbul edilməsi 2000-ci ildən qüvvəyə minməsi bu sahədə hüquqi tənzimləmənin əsasını təşkil edən cəzaların icrası, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını şərtlərini müəyyən edən vacib qanunvericilik aktıdır.

Amnistiya əfvetmə institutunun geniş tətbiqi Heydər Əliyevin ədliyyə orqanları üçün başlıca meyar kimi müəyyənləşdirdiyi humanizmin mühüm təzahürlərindəndir. Məhz onun təşəbbüsü ilə 1995-2003- illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib, 32 əfv fərmanı imzalanaraq 3100-dən çox məhkum bağışlanıb.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan humanizm siyasətini möhtərəm Prezident İlham Əliyev dövlət idarəçiliyinin əsas prinsiplərindən biri kimi qətiyyətlə davam etdirir. Ölkə rəhbərinin əfv fərmanları, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları minlərlə insana bu siyasətdən bəhrələnərək, cəzadan vaxtından əvvəl azad edilmək, cəmiyyətə reinteqrasiya olunmaq imkanı verib.

Dövlətimizin başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamı isə ölkəmizin hərtərəfli inkişafı ilə əlaqədar cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə yeni baxışın ifadəsi, qabaqcıl dünya təcrübəsinin tətbiqi əsasında penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində növbəti addım oldu.

Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarına sədaqətlə, ölkəmizin hüquq sistemində həyata keçirilən islahatların məntiqi davamı olmaqla, cəza siyasətinin yeni strateji hədəflərini müəyyənləşdirən sənəddə bu sahədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, cəzaların icrasının müasir tələblərə uyğun qurulması, cəzanı icra edən orqanlarda mövcud olan nöqsan çatışmazlıqların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, müasir texnoloji vasitələrin tətbiqi, cəmiyyətdən təcridetmə ilə bağlı olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili digər bu kimi konseptual məsələlər öz əksini tapıb. Həmin sərəncamla Ədliyyə Nazirliyində təsis edilən Probasiya Xidməti - məhkumların cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaları icra edən yeni qurum da məhz bu məqsədlə yaradılıb. Ötən altı ildə Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının kadr potensialının möhkəmləndirilməsi, işin səmərəliliyinin artırılması, əməkdaşların bilik səviyyəsinin, peşə hazırlığının yüksəldilməsi, maddi sosial təminatının yaxşılaşdırılması ardıcıllıqla həyata keçirilib, probasiya fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb, Ədliyyə Nazirliyinin müvafiq İşçi Qrupu çoxsaylı müzakirələr, analitik təhlillər aparıb, beynəlxalq təcrübəni nəzərə alaraq qısa müddət ərzində bir sıra normativ xarakterli hüquqi aktların layihəsini hazırlayıb, nəticədə Milli Məclis 3 qanun, Nazirlər Kabineti 3 normativ-hüquqi akt qəbul edib, nazirliyin kollegiyasının qərarları ilə 9 sənəd təsdiq olunub. Cərimə, habelə azadlığın məhdudlaşdırılması növündə cəzaların icrası mexanizminin, şərti məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə probasiya nəzarətinin təkmilləşdirilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması üzrə hüquqi tənzimlənmə ilə bağlı Cinayət, Cinayət-Prosessual, Cəzaların İcrası Miqrasiya məcəllələrinə dəyişikliklərin edilməsinə dair qanun layihələri hazırlanıb. Bununla yanaşı, probasiya fəaliyyətinin əsas müddəalarını, hüquqi əsaslarını prinsiplərini, məhkumların hüquq azadlıqlarının müdafiəsini, sosial adaptasiyasını reabilitasiyasını, digər zəruri norma elementləri özündə əks etdirən "Probasiya fəaliyyəti haqqında" Qanun layihəsi mövcud qanunvericiliyə dəyişikliklər edilməsi barədə normativ aktların layihələri ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, probasiya fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir. Ötən dövr ərzində ölkəmizdə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, məhkəmənin qərarı ilə şərti məhkum edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş 16 mindən artıq şəxsə elektron nəzarət vasitələri (elektron qolbaqlar) tətbiq olunub, hazırda 4300-dən artıq məhkum üzərində elektron nəzarət həyata keçirilir. Bu, məhkumların davranışına, real vaxt rejimində mərkəzləşdirilmiş qaydada məsafədən izlənilməsinə, onların üzərinə qoyulmuş vəzifələrin icrasına fasiləsiz nəzarətin həyata keçirilməsinə, zərurət olduqda məhkumlarla dərhal əlaqə yaradılmasına, beləliklə cəzaların icrasında ciddi qayda yaradılmasına, qanun pozuntularının, yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün səmərəli qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaradır.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinə sədaqət Prezident İlham Əliyevin cəzaların humanistləşdirilməsi siyasətində özünü bariz şəkildə göstərir. Bu siyasət cəmiyyətdə ictimai asayişin əmin-amanlığın təmin olunmasına, vətəndaşla dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verir.

"Qoy ədalət zəfər çalsın!". Gəncliyi ötən əsrin səksəninci illərinə təsadüf edən soydaşlarımız ulu öndər Heydər Əliyevin bu kəlamının həmin dövrdə keçmiş ittifaq miqyasında necə böyük əks-səda doğurduğunu yaxşı xatırlayırlar. Xalqımızın dahi oğlu bununla haqqın, ədalətin azərbaycanlılar üçün üstün milli xüsusiyyət olduğunu ifadə edir, səciyyələndirirdi. Haqq-ədalətin bərqərar olduğu dövlət isə mütləq humanizm, insanpərvərlik birgəyaşayışın hüquq sisteminin başlıca meyarlarından birinə çevrilir.

Məhz buna görə bu gün biz Heydər Əliyevi öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, azad, demokratik, hüquqi dövlətin banisi kimi dərin ehtiramla xatırlayır, yad edir, onun göstərdiyi yolla addımlamağı özümüzə şərəf bilirik. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Akşin ZİYADOV,

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyinin Probasiya Xidmətinin rəisi,

III dərəcəli dövlət ədliyyə müşaviri.