Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir
Digər xəbərlər

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir

Azərbaycan Respublikası Dövlət Neft Fondundan bildirilir ki, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib, Ulu Öndərin əziz xatirəsi yad edilib.

Tədbir iştirakçılarına əvvəlcə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış sənədli qısametrajlı film təqdim olunub.

Tədbirdə çıxış edən ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov Azərbaycan dövlətinin və xalqının bütövlüyü və inkişafı naminə fədakarlıqla çalışıb, öz həyatını xalqımızın xoşbəxt gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasından və bu strategiyanın ölkə iqtisadiyyatına verdiyi töhfələrdən söz açıb. İcraçı direktor İsrafil Məmmədov bildirib ki, Heydər Əliyevin sədrliyi ilə 16 iyul 2002-ci il tarixində baş tutmuş Dövlət Neft Fondunun Müşahidə Şurasının birinci iclasında Ulu Öndərin verdiyi tövsiyyələr bu gün də Neft Fondunun fəaliyyətində rəhbər tutulur.

Tədbirə həmçinin, uzun illər dahi şəxsiyyət Heydər Əliyevlə birgə çalışmış, dövlət qulluğunda xidmətlərinə görə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunmuş Dilarə xanım Seyidzadə Ulu öndərin titanik fəaliyyəti barədə danışıb, dahi şəxsiyyət haqqında öz xatirələrini bölüşüb, Ulu Öndər Heydər Əliyevin zəngin biliyi, dünyagörüşü və cəsarəti ilə beynəlxalq müstəvidə böyük rəğbət qazandığını qeyd edib.

“Respublika”.