Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş dəyirmi masa
Region

Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş dəyirmi masa

Görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi xalqımızın böyük oğlu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər davam etdirilir. Xocavənd Rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Milli dövlətçiliyimizin xilaskarı" mövzusunda dəyirmi masa keçirilib.  Dəyirmi masada rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun geniş məruzəsi dinlənilib. Natiq çıxışında deyib ki, 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan tarixində yeni inkişaf mərhələsinin əsasını qoyub.  Xüsusilə də 1994-cü ildə atılan bir sıra addımlar istər siyasi,  istərsə də iqtisadi sabitlik və yüksəlişin bünövrəsi hesab olunur.

 Tədbirdə çıxış edən YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseyov və digərləri çıxışlarında bildiriblər ki,  ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanı tənəzzüldən tərəqqiyə doğru aparıb. Ulu öndər siyasi müdrikliyi,  zəngin dövlətçilik təcrübəsi,  qətiyyəti və yorulmaz fəaliyyəti ilə dövlət müstəqilliyimizi bütün təhlükələrdən xilas edərək onun güclənməsini,  sarsılmazlığını, əbədiliyini təmin edib.  

                                         Salman ALIOĞLU,

                                           “Respublika”.