“Keşikçidağ
Region

“Keşikçidağ" da arxeoloji qazıntı işləri

Ağstafa rayonu ərazisində yerləşən "Keşikçidağ" Dövlət-Tarix Mədəniyyət Qoruğu mağaralar kompleksinin Kurqanlar Vadisində  çoxlu sayda qəbir abidəsi mövcuddur. Azərbaycanın tarixi torpağı olan bu qoruq yarandığı gündən etibarən burada elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparılır.  Aparılan işlər son illər geniş vüsət almış, "Keşikçidağ"da elmi-arxeoloji qazıntılar və Yay məktəbi 1 və 2" adlı layihələr aparılmışdır. 

07.09.2023 - 06.10.2023-cü il tarixlərində "Keşikçidağ"da elmi-arxeoloji qazıntılar və Yay məktəbi 3" adlı layihəyə start verilmişdir. Artıq layihə yekunlaşmaq üzrədir. Bu arxeoloji qazıntılarla yaxından tanış olmaq üçün Bakı Dövlət Universitetinin Qazax filialı  tələbələrinin və rayon könüllülərinin mütəmadi olaraq əraziyə ekskursiyaları təşkil olunur.

01.10.2023-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialının tarix fakültələrinin tələbələri, magistr və gənc könüllülər   Qarasoy 1 və 2 saylı kurqanda olmuşlar. Burada onlar qazıntılar nəticəsində aşkarlanmış saxsı nümunələri, bəzək əşyaları, tuncdan silahlar və digər maddi-mədəniyyət nümunələrindən ibarət sərgi ilə tanış olmuşlar. Daha sonra gənclər AMEA-nın Arxeologiya, Etnoqrafiya və  Antropologiya  İnstitutunun dosenti,  tarix üzrə fəlsəfə doktoru, arxeoloq Şamil Nəcəfov tərəfindən keçirilən masster-klassda iştirak etmişlər. Onlar Ceyrançöldə məskunlaşmış tayfaların xarici ölkələrlə apardığı ticarət əlaqələrindən, o cümlədən arxeoloji qazıntıların aparılma üsulları haqqında məlumat almışlar.

Vəli VƏLİYEV,

"Respublika".