HƏSİRÇİLİK: EL SƏNƏTİ UNUDULMAYIB
Region

HƏSİRÇİLİK: EL SƏNƏTİ UNUDULMAYIB

Həsirçilik qədim vaxtlardan cənub bölgəsində yerli əhalinin məşğuliyyətinə daxil olub. Arxeoloqlar bölgədə eramızdan əvvəl IV minilliyə aid həsir nümunələri aşkar ediblər. Uzaq keçmişdən həsir torpaq döşəmənin əvəzsiz döşənəcəyi sayılıb. Keçən əsrin 70-ci illərinə kimi gəlin köçən qızlara cehiz kimi həsir verilib.

Bəs, bu gün bölgədə həsirçilik sənətinin vəziyyəti necədir? El sənətinin davamçıları hansı qayğılarla yaşayır? Suallara cavab tapmaq məqsədilə bir vaxtlar həsirçiliyin geniş yayıldığı Lənkəran, Astara Masallı rayonlarında vəziyyətlə maraqlandıq. Gəldiyimiz ilk qənaət belə oldu: yaşı minilliklərə gedib çıxan həsirçiliyə maraq qətiyyən azalmayıb. Sivilizasiyanın nailiyyətləri, qloballaşma, müasirlik həyatımıza güclü təsir etsə , həsirçilik yaşayır yaşlı, orta nəslin nümayəndələri qədim ata-baba sənətini davam etdirirlər.

Çoxdan tanıdığım qabaqcıl mədəniyyət işçisi 70 yaşlı Rüfət Rzayev Astara rayonunun Kakalos kəndində yaşayır. Həsirçilik sənətinin vurğunudur. Uşaq yaşlarından həsir toxumağı öyrənib. Bu gün çox həvəslə həsirçiliklə məşğul olur. Həndəsi fiqurların əks olunduğu müxtəlif ölçüdə çeşiddə həsir, zənbil, papaq, çanta, tərəzi digər məişət əşyaları toxuyur. Bölgədə respublikamızın paytaxtı Bakı şəhərində keçirilən mədəniyyət tədbirlərində dəfələrlə əl işlərindən ibarət sərgisi nümayiş olunub. Yerli xarici turistlər qocaman sənətkarın toxuduğu məhsulları yüksək dəyərləndirir. Ona tez-tez sifarişlər verir, hazırladığı məişət əşyalarını sərfəli qiymətlərlə gəlib alırlar.

- Cənub bölgəsinin havası çox rütubətlidir, - deyə Rüfət Rzayev söhbətə başlayır. Suda bitən qamışdan hazırlanan məişət əşyaları rütubətdən qorunmaq üçün ən yaxşı vasitədir. Həsir sərilmiş evdə nəmişlik az olur. Dədə-babadan ərzaq məhsullarını saxlamaq, çəltiyi qurutmaq üçün həsir materialından hörülmüş zənbillərdən, səbətlərdən istifadə olunur.

Bu gün həsirə tələbat az deyil. Bunu nəzərə alıb zəngin təcrübəyə malik, respublikanın fəxri mədəniyyət işçisi Fərbiyyə Şabanovanın rəhbərliyi ilə Kakalos Kənd Diyarşünaslıq Muzeyində gənclər qədim el sənətini böyük həvəslə, maraqla öyrənirlər.

Lənkəran rayonunun Vilvan, Cil, Şağlaser, Separadi, Zövlə, Masallı rayonunun Şatıroba Musaküçə kəndlərində həsirçiliyi yaşadanlar daha çoxdur. Zövlə kənd sənətkarlıq evinin rəhbəri Allahyar Əsgərov deyir ki, hazırda kənddə 50- yaxın ailə həsirçiliklə məşğul olur. Ancaq 60-70 il əvvəl kəndin bütün evlərində həsir toxunardı. Hazır məhsullar Lənkəran şəhər Boradigah qəsəbəsindəki bazarlara çıxarılıb sərfəli qiymətlərlə satılardı. Hər ailənin büdcəsinə əlavə vəsait daxil olardı. Yerli əhali xalça-palazdan çox həsirə üstünlük verərdi. Evdə döşəməyə sərilmiş həsirin üstündə oturar, belini divara vurulmuş həsirə söykəyib rahatlanardılar.

Zövlə kənd sakini, kitabxana işçisi Mehrinaz Bəşirova 30 ildir ki, ömrünü həsirçiliyə həsr edib. Bu sənəti anası Sürəyya xanımdan öyrənib. Ailədə 4 bacısı, qardaşları da həsir toxumağı bacarır. Mehrinaz xanım deyir:

- Qamış həsir üçün ən yaxşı xammal sayılır. Yay aylarında sahələrdən qamış yığıb quruduruq. Ölçüsündən asılı olaraq bir həsir 3-5 günə başa gəlir.

Mehrinaz xanım ev şəraitində həsir toxumaq üçün dəzgah da hazırlayıb. Həsiri həm yerdə, üfüqi vəziyyətdə, həm dəzgahda toxuyur. Gənclərin sənətə marağını nəzərə alıb Zövlə kənd sənətkarlıq evində həsirçilik dərnəyi yaradılıb. Mehrinaz xanım həftədə iki dəfə yeniyetmələrə el sənətinin sirlərini öyrədir. Zövlə həsirçilik məktəbinin yetirmələrinin əl işləri Bakı, Gəncə, Lənkəran şəhərlərində, Cəlilabad, Yevlax, Ağsu rayonlarında sərgilərdə nümayiş olunub.

Həsirçilərin əsas problemi yerli xammalın tədarükü ilə bağlıdır. Əkinəyararlı torpaqlar əhaliyə verildiyindən qamış yığımında müəyyən çətinliklər yaranır. Yerli fermerlərin, torpaq payçılarının köməyinə ehtiyac duyulur.

Məhsul istehsalçılarının satışla da əlaqədar problemləri az deyil. Cənub bölgəsində dükana-bazara, alış-verişə gedənlər qamışdan toxunan zənbillərə üstünlük verirlər. Çünki selofan paketlərdən fərqli olaraq zənbillər ərzaq məhsullarını saxlamaq üçün ekoloji cəhətdən daha çox etibarlı sərfəlidir. Bölgənin mədəniyyət müəssisələri həsirçilik sənətini yaşadanların problemləri ilə yaxından maraqlanmalı onlara qayğını artırmalıdır.

Əlisəfa HƏSƏNOV,

"Respublika" .