Hərbi qulluqçu ziyarət olunub
Sosial həyat

Hərbi qulluqçu ziyarət olunub

24 saatlıq antiterror tədbirləri növbəti dəfə işğalçı Ermənistana, onun havadarlarına Azərbaycanın şanlı ordusunun gücünü bir daha göstərdi. Əfsuslar olsun ki, bu tədbirlər zamanı şəhidlərimiz və yaralılarımız da oldu… Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və RİH-in məsul əməkdaşları ilə birlikdə lokal antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçu, rayonun Şaplar kənd sakini Mamedov Nicat Azay oğlunu evində ziyarət edib, sağlamlığı və müalicəsi, eyni zamanda ailəsinin qayğıları ilə maraqlanıb.

Rayon rəhbəri bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat ərzində lokal xarakterli antiterror tədbirləri ilə bağlı qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirdilər. Ordumuz cəmi bir gün ərzində erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi. Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi tam bərpa etdi. Separatçı və “Xunta rejmi” ni məhv edildi. Əli soydaşlarımızın qanına bulaşan, özünü bir zamanlar prezident kimi təqdim edən üç təlxək Bakıya gətirildi. Bu, Müzəffər Ali Baş Komandanın siyasi iradəsinin, ordumuzun rəşadətinin təntənəsidir. Bu əməliyyatlarda şəhid olan igid oğullarımız bizim fəxrimiz, tarix yazan qəhrəmanlarımızdır. Hərbçi Nicat Mamedov və onun ailə üzvləri yaralı hərbçilərin müalicəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

“Respublika”.