Dövlət Komissiyası: Yolu azaraq Azərbaycan tərəfinə keçmiş Ermənistan vətəndaşları geri qaytarılıblar
Digər xəbərlər

Dövlət Komissiyası: Yolu azaraq Azərbaycan tərəfinə keçmiş Ermənistan vətəndaşları geri qaytarılıblar

Sentyabrın 18-də yolu azaraq Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçmiş Ermənistan Respublikasının vətəndaşları olan mülki şəxslər - 19.02.1986-cı il təvəllüdlü Hakopyan Hakop Zaveni və 05.06.2001-ci il təvəllüdlü Sarkisyan Aram Qraçiqi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə sentyabrın 19-da Ermənistana qaytarılıblar.

Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

AZƏRTAC