DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anıb
Sosial həyat

DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anıb

Yanvarın 19-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və DİN-in şəxsi heyəti 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub, unudulmaz və müqəddəs xatirələri yad edilib.