Çəltiyin seleksiyası və toxumçuluğunun təşkili diqqət mərkəzindədir
Sosial həyat

Çəltiyin seleksiyası və toxumçuluğunun təşkili diqqət mərkəzindədir

Lənkəran rayonunda Respublika Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) birgə təşkilatçılığı ilə “Çəltiyin seleksiyası və toxumçuluğunun təşkili” mövzusunda tarla seminarı keçirilib.

“Respublika” xəbər verir ki, tədbirdə ölkəmizdə çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi baxımından çəltikçilik sahəsində mövcud çətinliklərin aradan qaldırılması, çəltik bitkisinin əkin sahələrinin artırılması, məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəldilməsi, ixracyönümlü, rəqabətqabiliyyətli məhsul istehsalı, idxaldan asılılığın aradan qaldırılması və digər məsələlərə toxunulub.

Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov “Çəltikçiliyin Ərzaq Təhlükəsizliyinin təmin edilməsində əhəmiyyəti”, ƏETİ-nin direktoru Faiq Xudayev “Çəltikçilik üzrə Dövlət Proqramının icra vəziyyəti”, Lənkəran Dayaq Məntəqəsinin müdiri Təyyub Rzayev “Çəltiyin becərmə texnologiyası”, ƏETİ-nin Bitki seleksiyası şöbəsinin müdiri Abidin Abdullayev  “Yeni sortların yaradılması və toxumçuluğun təşkili” mövzularında təqdimatla çıxış ediblər.

Respublikada çəltiyin seleksiya işlərinin aparılması, toxumçuluğunun təşkili, super elit və elit toxum istehsalı fermerlər tərəfindən müsbət qiymətləndirilib. Çəltikçilik sahəsində sertifikatlı toxum istehsalının həyata keçirilməsi sahəsində görüləcək işlər müzakirə olunub.

Nəriman   CAVADOV,

“Respublika”.